Sadəddin Kaynak (; ) — Türkiyə klassik musiqi bəstəkarı.
Həyatı
Sadəddin Kaynak 15 aprel 1895-ci ildə İstanbul şəhərində anadan olmuşdur. O, Aslen Rizəənin Dərəbazarı rayonundan olan Əli Ələddin Əfəndi və Həvva Xanımın oğludur. O, gənc yaşlarında hafiz olmuşdur. Uşaqlıq və gənclik illərində atasını erkən yaşda itirmişdir. Musiqi təhsilini İstanbul Universitetində başa vurmuşdur. Daha sonra Cənub-Şərqi Anadolu bölgəsinə səfər edərək burada türk xalq musiqisini tədqiq etmişdir.
Yeni qurulmuş Türkiyə Cümhuriyyəti tərəfindən dəstəklənmiş, Türkiyə klassik musiqisinin ən mühüm bəstəkarlarından biri kimi tanınmışdır. O, Qərb musiqi anlayışlarını özünəməxsus şəkildə klassik Türkiyə musiqisinin məqam sisteminə tətbiq etmişdir. Mustafa Kamal Atatürk tərəfindən həyata keçirilən islahatları dəstəkləmişdir. İmam olması ilə yanaşı, dini çevrələrdə öncül mövqe tutmuş və azan mətninin türk dilində oxunmasını həyata keçirən ilk din xadimlərindən biri olmuşdur. Sadəddin Kaynak klassik Türkiyə musiqisi sahəsində 300-dən artıq əsər bəstələmişdir. 1955-ci ildə insult keçirmiş, bundan sonra iflic vəziyyətdə yaşamış və 3 fevral 1961-ci ildə vəfat etmişdir. Onun məzarı Mərkəzəfəndi qəbiristanlığında yerləşir.
Əsas əsərləri
Sadəddin Kaynak 42 müxtəlif məqamda ümumilikdə 330 bəstə müəllifi olmuşdur. Onun əsərləri klassik Türkiyə musiqisinin əsas repertuarı sırasında mühüm yer tutur.
Aşk Yolunda Bağrı yanık yolcular-Hüzzam Bahar bitti güz bitti -nihavend Ben Güzele Güzel Demem - Mahur Benim Yârim Gelişinden Bellidir - Hicaz Bir Rüzgardır Gelir Geçer Sanmıştım - Segâh Bir hüzün çöktü yine gönlüme-Hüzzam Bu yerler ne füsunkârdır-Hicaz Çile Bülbülüm Çile - Muhayyer Çözmek elinde değil gönlümü senden kadın-Hicazkâr Çıkar yücelerden Haber sorarım-Hüzzam Dertliyim Ruhuma Hicranını - Segâh/Nihavent Ela Gözlerine Kurban Olduğum - Enginde Yavaş Yavaş - Hicaz Gönlüm Seher Yeli Gibi- Hüzzam Gönlümün İçindedir Gözden Irak Sevgili - Hicaz Gönül Nedir Bilene Gönül Veresim Gelir - Nihavend İncecikten Bir Kar Yağar - Segâh Kara Bulutları Kaldır Aradan - Karcığar Leyla Bir Özge Candır - Segâh Leylakların Hayali - Hüzzam Muhabbet Bağına Girdim Bu Gece - Segah Niçin Baktın Bana Öyle - Uşşak Tel Tel Taradım Zülfünü - Hicaz Yadeller Aldı Beni - Hicaz Yanık Ömer - Hüseyni
İstinadlar
Kateqoriya:Türkiyə bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları