Aksaray Universiteti — Türkiyənin Aksaray vilayətində yerləşən universitet. Universitetin yaradılması barədə qərar 2006-cı ildə Türkiyə Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. 17 mart 2006-cı il tarixli, 26111 saylı rəsmi qezetdə dərc olunan 5467 saylı qanunla əvvəl Niğde Universitetinə bağlı olan universitetin adı və əlaqəsi dəyişdirilmiş, fakültə və ali məktəblər öz tərkibində yaradılan Aksaray Universiteti Rektorluğuna birləşdirilmişdir. Rektor vəzifəsini Prof. Dr. Alpay Arıbaş tutur.
Aksaray Universitetində 12 fakültə, 1 ali məktəb və 6 peşə məktəbi vasitəsilə ön bakalavr və bakalavr səviyyəsində təhsil verilir. Magistr və doktorant təhsili universitetə bağlı Elm, Sosial və Sağlamlıq Elmləri institutları çərçivəsində həyata keçirilir. Universitetdə Rıza Kayaalp idman zalı, yarı olimpiya üzgüçülük hovuzu, atletika stadionu və velosiped velodromu mövcuddur.
Son 8 ildə (2011–2019) tələbə sayı 8 200-dən 22 939-a, fakültə sayı isə 4-dən 12-yə yüksəlmişdir. 2023-cü il etibarilə universitetdə 7 kampus, 1 ali məktəb, 6 peşə məktəbi, 3 institut və 22 Tətbiq və Tədqiqat Mərkəzi fəaliyyət göstərir."Aksaray Üniversitesi - Kurumsal Bilgiler". aksaray.edu.tr. 10 Eylül 2025 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 Nisan 2024. Universitetin akademik heyəti 2023-cü il etibarilə 146 professor, 184 dosent, 217 doktor müəllim, 201 müəllim, 177 elmi işçi olmaqla ümumilikdə 925 nəfərdən ibarətdir."Aksaray Üniversitesi - Unvan Bazında Akademik Personel Sayısı". aksaray.edu.tr. 7 Eylül 2025 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 Nisan 2024.
2019-cu ilin URAP məlumatlarına görə, 2000-ci ildən sonra yaradılan dövlət universitetləri arasında Aksaray Universiteti 21-ci yerdədir.
Akademik statistika 2021–2022 tədris ilində universitetdə 4 155 ön bakalavr, 12 687 bakalavr, 2 197 magistr və 185 doktorant olmaqla ümumilikdə 19 224 tələbə təhsil alırdı. 2022-ci il etibarilə universitetdə 117 professor, 141 dosent, 248 doktor müəllim, 198 müəllim və 191 elmi işçi olmaqla ümumilikdə 895 akademik heyət üzvü fəaliyyət göstərirdi.
Akademik bölmələr
Fakültələr
Mühəndislik fakültəsi"Mühendislik Fakültesi". 17 Temmuz 2021 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 5 Ağustos 2021. İqtisadiyyat və idarəetmə elmləri fakültəsi Elm və ədəbiyyat fakültəsi Təhsil fakültəsi İslami elmlər fakültəsi Kommunikasiya fakültəsi Memarlıq və dizayn fakültəsi Baytarlıq fakültəsi Turizm fakültəsi Tibb fakültəsi Sağlamlıq elmləri fakültəsi İdman elmləri fakültəsi
İnstitutlar
Elm Elmləri İnstitutu Sosial Elmlər İnstitutu Sağlamlıq Elmləri İnstitutu
Peşə Məktəbləri
Sosial Elmlər Peşə Məktəbi Texniki Elmlər Peşə Məktəbi Ortaköy Peşə Məktəbi Güzelyurt Peşə Məktəbi Sağlamlıq Xidmətləri Peşə Məktəbi Eskil Peşə Məktəbi
Rektorları
Həmzdə Uyğun (2006–2007) Necdət Sağlam (2007–2011) Mustafa Acar (2011–2015) Yusif Şahin (2015–2023) Alpay Arıbaş (2023–indiyədək)
Xarici əlaqələri Universitet Qafqaz Universitetləri Birliyinin üzvüdür.Tüm Üyeler 15 Şubat 2019 tarihinde Wayback Machine sitesinde arşivlendi. kunib.com
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri