Henrix Matias Ernst Kampendonk (; ) — Almaniyada anadan olmuş və Hollandiya vətəndaşı olmuş rəssam və qrafik dizayner.

Həyatı

Kampendonk Almaniya imperiyasının Prussiya krallığının Krefeld şəhərində anadan olub. O, tekstil tacirinin oğlu idi və 1905-ci ilə qədər tekstil şagirdliyi etmişdi. 1905-ci ildən 1909-cu ilə qədər Krefelddəki mütərəqqi incəsənət və sənətkarlıq məktəbi olan "Handwerker- und Kunstgewerbeschule"-də Yohan Torn Prikkerdən bədii təhsil almışdır. Bu müddət ərzində Helmut Makke, Avqust Makke, Vilhelm Viger, Frans Mark və Paul Klee ilə dostlaşmışdır.

O, 1911-ci ildən 1912-ci ilə qədər "Göy atlı" qrupunun üzvü olmuşdur.

1930-cu illərdə Kampendonk Kunstakademie Düsseldorfda dərs demişdir. Xüsusilə, Vilhelm Toyven orada onun tələbəsi və Kampendonka vitraj istehsalında köməkçi idi. Nasist rejimi 1933-cü ildə hakimiyyətə gəldikdə, o, degenerativ rəssam kimi qınanılan, sərgilənməsi qadağan edilən və Akademiyadan qovulmuş bir çox modernist arasında idi. O, Hollandiyaya köçdü və ömrünün qalan hissəsini Amsterdamdakı Rijksakademie-də işləyərək əvvəlcə Dekorativ Sənət, qravür və vitraj dərsləri verdi, sonra isə Akademiya direktoru kimi çalışdı. O, 9 may 1957-ci ildə Amsterdamda Hollandiya vətəndaşı olaraq vəfat etdi.

İstinadlar

Xarici keçidlər

Works of Heinrich Campendonk in the Yale Digital Commons Collection

Kateqoriya:3 noyabrda doğulanlar Kateqoriya:1889-cu ildə doğulanlar Kateqoriya:9 mayda vəfat edənlər Kateqoriya:1957-ci ildə vəfat edənlər Kateqoriya:Amsterdamda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:XIX əsr Almaniya rəssamları Kateqoriya:Almaniya rəssamları