Baudet du Puatu — Fransada yaşayan eşşək cinsi.

Ümumi məlumat Baudet du Puatu ən böyük eşşək cinslərindən biridir. Bu cinsdən olan eşşəklər Puatu atı cinsi ilə çarpazlaşdırılarak Puatu qatırları əldə edilirdi. Bu qatırlara əvvəllər kənd təsərrüfatı və digər işlər üçün dünya miqyasında tələbat var idi. Baudet du Puatun xarakterik xəzi var.

Baudet du Puatu cinsi keçmiş Puatu əyalətində yaradılıb. Bəlkə də vaxtı ilə Roma imperiyası tərəfindən bu əraziyə gətirilən eşşəklərdən törəmişdir.

1977-ci ildə aparılan bir cins siyahıyaalması dünya üzrə yalnız 44 Baudet du Puatu cinsi eşşəyi olduğunu ortaya qoydu, və 1980-ci ildə hələ də 80-dən az heyvan qalmışdı. Qorunma səyləri Fransada bir neçə dövlət və özəl qrup tərəfindən həyata keçirilirdi. 1979-cu ildə "Haras Nationaux" və "Parc Naturel Regional du Marais" özəl yetişdiricilərlə əməkdaşlıq edərək, Baudet du Puatu cinsinin genetikasını yaxşılaşdırmaq, yeni yetişdirmə texnikaları inkişaf etdirmək və cins haqqında ənənəvi bilikləri toplamaq üçün proqram başlatdı. 1981-ci ildə Portuqaliyadan 18 böyük eşşək alındı və Baudet du Puatu cinsinin eşşəklərinin yetişdirilməsində istifadə edildi. 1982-ci ildə "Asinerie Nationale Experimentale" mərkəzi yaradıldı. Bu mərkəz Baudet du Puatu cinsinin eşşəklərinin qorunması və inkişafı üçün təcrübə və tədqiqatlar aparmaq məqsədi ilə yaradılmışdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Eşşək növləri Kateqoriya:Eşşəklər Kateqoriya:Əhliləşdirilmiş heyvanlar