Əlcəzair milli futbol komandası — Əlcəzairi beynəlxalq arenada təmsil edən futbol komandası.

Tarixi Əlcəzair yığması tarixində ilk dəfə 1982-ci ildə mundialın final mərhələsinə yüksələ bilib. İspaniyada keçirilən yarışda afrikalılar ilk oyunda AFR yığmasını 2:1 hesabı ilə məğlub etməklə, bütün dünyanı şoka salıb. Sonradan Avstriyaya uduzub, Çilini məğlub edən komandanın "torbası" Almaniya – Avstriya matçında tikilib. Artıq növbəti mərhələyə çıxan avstriyalılar qonşularına 0:1 hesabı ilə uduzaraq, hər 3 komandanın eyni xal toplamasın və Əlcəzairin kənarda qalmasına səbəb olub.

4 il sonra isə "səhra tülküləri" qrupda cəmi 1 xal toplamaqla zəif imicini doğruldub. CAR-da üçüncü cəhdini gerçəkləşdirəcək komanda Afrika Millətlər Kubokunda kifayət qədər uğur qazanıb. Lakin bu uğurlar uzaq keçmişdə qalıb. 1990-cı ildə qızıl, 1970-də gümüş, 1984 və 1988-ci illərdə bürünc qazanıb.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Afrika milli futbol komandaları Kateqoriya:Əlcəzairdə futbol Kateqoriya:Əlcəzair milli idman komandaları