Villiam Alister Harrison ()Arrival Of New Governor To Anguilla — Angiliyanın keçmiş qubernatoru (2009–2013), Diplomatik Korpusun Əlahəzrət Marşalı.

Həyatı Harrison 14 noyabr 1954-cü ildə Birləşmiş Krallığın Şimali Yorkşir qraflığında yerləşən Gisboro şəhərində anadan olmuşdur."HM Governor" . Governor's Office Anguilla. 2012. Retrieved 19 June 2012. O, Nyukasldakı Kral Qrammatika Məktəbində təhsil almışdır. Daha sonra Oksford Universitetinin University College fakültəsində kassik ədəbiyyat, fəlsəfə və qədim tarix üzrə fərqlənmə kursu üzrə oxumuş və 1977-ci ildə məzun olmuşdur. 1995-ci ildə o, həmçinin London Universitetində İqtisadiyyat üzrə diplom almışdır.

Diplomatik karyerası Alister Harrison 1977-ci ildə Əlahəzrətin Diplomatik Xidmətinə qoşulmuşdur. İlk olaraq Xarici və Birlik İşləri Nazirliyinin müdafiə departamentinin NATO bölməsində çalışmışdır. O, 1978-ci ildə polyak dili təhsili almışdır."HARRISON, W. Alistair". KnowUK. January 2012. Retrieved 19 June 2012. 1979–1982-ci illərdə Polşanın Varşava şəhərinə ezam olunmuşdur. 1984–1986-cı illərdə isə Xarici və Birlik İşləri Nazirliyində parlament üzrə dövlət katibinin müavininin şəxsi katibi vəzifəsində çalışmışdır. Harrison 1987–1992-ci illər ərzində Birləşmiş Krallığın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinin tərkibində Nyu-York şəhərində fəaliyyət göstərmişdir. O, Londona qayıtmış və Xarici və Birlik İşləri Nazirliyində Yaxın Şərq Departamentinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. Bu vəzifəni 1995-ci ilədək icra etmiş, həmin ildə isə yenidən Polşanın Varşava şəhərinə ezam olunmuşdur. Daha sonra Harrison 1998–2000-ci illərdə Belçikanın Brüssel şəhərində Avropa Komissiyasının Xarici Siyasət üzrə müşaviri vəzifəsində çalışmışdır.

Harrison 2000-ci ildə yenidən Birləşmiş Krallığın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinə qoşulmuşdur. Bu təcrübədən sonra 2003–2005-ci illərdə Londonda Xarici İşlər Nazirliyinə qayıdaraq Birləşmiş Millətlər Təşkilatı departamentinin rəhbəri olmuşdur. 2005-ci ildən etibarən Zambiyada Ali komissar vəzifəsini icra etmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyində Zimbabve üzrə bölmənin rəhbəri olmuşdur. 2009-cu ilin aprel ayında Angiliyanın qubernatoru vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə isə Əlahəzrətin Diplomatik Korpusunun Marşalı olmuşdur.HM Governor , official site.

İstinadlar