Salnamə və ya nəvsal — XIX əsrdə Osmanlı imperiyasının rəsmi illiyi olmuşdur.
Tarixi
İlk salnamə 1847-ci ildə nəşr edilmişdir. Onu Əhməd Vəfiq Paşa, Əhməd Cövdət Paşa və Xeyrullah hazırlamışdır. Tanınmış islahatçı böyük vəzir Mustafa Reşid Paşa tərəfindən maliyyələşdirilmişdir.
Növləri
Əsas salnamə dövlət salnaməsi idi. 1866-cı ildən etibarən vilayət idarələri də vilayət haqqında salnamələr nəşr etməyə başlamışdır. Həm dövlət, həm də qeyri-dövlət qurumlarının digər salnamələri də mövcud olmuşdur. Ən mühüm salnamələrin ikinci növ — vilayət salnamələri olduğu qeyd edilmişdir, çünki bu salnamələr vasitəsilə hökumət vilayətlərin resurslarını və vəziyyətini müəyyənləşdirə bilmişdir.Gabor Agoston and Bruce Masters: Encyclopedia of the Ottoman Empire, pp.501-502
İstinadlar
Kateqoriya:Osmanlı ədəbiyyatı Kateqoriya:Fars dilində sözlər və ifadələr