Əbu Məhəmməd Zəkiyyəddin Əbdüləzim ibn Əbdülqəvi ibn Abdillah əl-Munziri (; ) — hədis hafizi.
Bioqrafiyası Hicri 581-ci (1185) ildə Qahirədə (Fustat) doğulub. Əslən suriyalıdır. Əvvəl Hənbəli olub. Daha sonra müəllimlərinin təsirinə düşərək Şafiiliyi mənimsəyib.
İskəndəriyyə, Qəzza, Dəməşq, Qüds və başqa yerlərə dəfələrlə elmi səyahətlər edib. Cəmmaili, İbn əl-Müfəddəl, Əbül-Yum əl-Kindi, İbn Şas, İbn Qudamə, Fəxrəddin ibn Teymiyyə, Yaqut əl-Həməvi və başqa alimlərin elmindən bəhrələnib. 600-ə yaxın mühəddis, fəqih və şairdən (bir çoxu qadındır) əsərlərini rəvayət etmə hüququ (icazət) əldə edib.
Həccə gedib və 20 ilə yaxın mədrəsələrdə müdərrislik (müəllimlik) edib. İbn Xəllikan, İzzəddin Əhməd əl-Hüseyni, Əli Yunini, İbn Dəqiqulid və başqaları ona tələbəlik ediblər. Tələbələri arasında müəllimləri və müasirləri olan alimlər də var idi.
Munziri hicri 656-cı (1258) ildə Qahirədə vəfat etmişdir.
O, "ət-Tərğib vət-Tərhib", "Müxtəsəru Səhihi-Müslüm", "Müxtəsəru Sünəni-Əbi Davud", "Şərhül-Ərbəin" və başqa əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Şeyxülislamlar