İrəvan qazılığı — Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin Ermənistanın paytaxt İrəvan şəhəri üçün təşkil etdiyi dini qurum.

Tarixi

Sovet dövründə Naxçıvan-İrəvan qazılığı 1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün İrəvan qazılığının fəaliyyəti dayandırılmışdır.

Müstəqillik dövründə İrəvan qazılığı 22 may 2025-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin İrəvan qazılığı bərpa edilmişdir. İdarədə İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul edilmiş, səsvermə nəticəsində Hacı Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilmişdir. İrəvan qazılığı hələlik Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşdirilmişdir.

Hacı Bəxtiyar Nəcəfov İrəvan qazılığının fəaliyyətinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə sıx bağlı olduğunu bəyan etmiş, bu sahədə işləyəcəklərini qeyd etmişdir.

11 dekabr 2025-ci ildə Qərbi Azərbaycan İcması ilə İrəvan qazılığı arasında görüş keçirilmişdir. Bu görüşdə Qərbi Azərbaycan İcması dini-mənəvi irsin araşdırılması, bu istiqamətdə sistemli əməkdaşlığın genişləndirilməsi və beynəlxalq platformalarda nəticələrin təqdimatı mövzusunda İrəvan qazısı ilə fikir mübadiləsi aparmışdır. İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov qayıdışın sadəcə siyasi yox, həm də mədəni və dini məsələ olduğunu qeyd etmiş, buna görə də Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın vacib olduğunu bildirmişdir. Razılığa gəlinmişdir ki, dini irsin araşdırılması, faktların toplanması və ictimai məlumatlandırma iki qurum arasında koordinasiyalı şəkildə həyata keçirilsin.

2026-cı ilin fevralında İrəvan qazılığı məlumat vermişdir ki, "dini zəmində fəaliyyət göstərmək, tarixi irsi araşdırmaq və qərbi azərbaycanlıların dini-mədəni hüquqlarını elmi əsaslarla müdafiə etmək" qazılığın əsas məqsədidir. İrəvan alimləri və din xadimləri haqqında kitabın çap ediləcəyi də elan edilmişdir. Hacı Bəxtiyar Nəcəfov İrəvandan çıxmış alimlər arasında Fazil İrəvani və Məhəmməd Bağır İrəvanini qeyd etmiş, İrəvandakı Göy məscidi tarixən Qafqazda "fətva mərkəzi" adlandırmışdır.

Qazılar Şeyx Hüseyn (?-1988) Hacı Bəxtiyar Nəcəfov (2025-indiki dövrə qədər)

İstinadlar

Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsi Kateqoriya:2025-ci ildə Azərbaycanda yarananlar