Birləşmiş Millətlər Təşkilatının pasportu — Birləşmiş Millətlər Təşkilatının imtiyazları haqqında 1946-cı il BMT-nin immunitet və imtiyazları haqqında Konvensiyasının VII maddəsinin müddəalarına əsasən BMT tərəfindən buraxılmış diplomatik səyahət sənədi. Nyu-York və Cenevrədəki nümayəndəlikləri, habelə Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilir.
Pasportdan BMT və BƏT, Ümumdünya Səhiyyə Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Ümumdünya Turizm Təşkilatı, Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi Təşkilatının Hazırlıq Komissiyası, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Dünya Bankı qrupu kimi beynəlxalq təşkilatların əməkdaşları istifadə edir. Sənəd Birləşmiş Millətlər Təşkilatının işçi dilləri olan ingilis və fransız dillərində yazılıb.
Birləşmiş Millətlər Təşkilatının pasportu (BMTP) milli pasport kimi istifadə edilə bilən etibarlı səyahət sənədidir (yalnız rəsmi missiyalarda səyahətlə əlaqədar).
Əksər məmurlara hüquqi statusuna görə xidməti pasporta bənzəyən mavi rəngdə olan BMT pasportu (D-1 səviyyəsinə qədər), qırmızı rəngdə BMT pasportu isə yüksək vəzifəli şəxslərə verilir (D-2 və yuxarı). Bu diplomatik pasport sahibinin statusuna oxşar statusdur.
Ad və imza səhifəsi Məlumat səhifəsində pasport sahibinin fotoşəkili, haqqında məlumatlar, adi pasporta bənzər yaşayış icazələri var:
Fotoşəkil Sənədin növü BMT təşkilatının kodu Nömrəsi Soyadı Adı Vəzifəsi Doğum tarixi Cinsi Rəsmi nümayəndə Buraxılış tarixi İstifadə müddəti Səlahiyyətli orqan İmza Pasportun birinci sətrində səyahət sənədinin növünü göstərən hərf, ardınca adətən pasport sahibinin vətəndaşlığı üçün istifadə olunan kod var.
BMTP proqramının elektron versiyası e-UNLP Yeni "e-UNLP" proqramı Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara tam uyğundur. Proqrama bioçip texnologiyasının istifadəsi, üzün tanınması və pasport sənədləri üçün ciddi foto standartların tətbiqi daxildir. Müqavilənin bitməsindən asılı olmayaraq beş illik müddətə verilir və himayəsində olan şəxsləri ehtiva etmir. Yeni e-UNLP proqramına görə etibarlılıq müddəti uzadılmır və əlavə viza səhifələri əlavə edilə bilməz.
BMT Pasportlarının məhdudiyyətləri Kanadaya səfər etmək üçün Elektron Səyahət icazəsi əldə etmək məqsədilə BMT Pasportu etibarlı pasport kimi qəbul edilmir.
BMT Pasportuna hüququ olmayan şəxslər Birləşmiş Millətlər Təşkilatında işləyən və ya ona bağlı olan bəzi kateqoriyalar, məsələn, xoşməramlı səfirlər, sülh elçiləri, BMT təşkilatları, fondları və proqramlarının məsləhətçiləri, BMT üzrə ekspertlər BMT Pasportu almaq hüququna malik deyillər. Bununla belə, BMT-nin immunitet və imtiyazları haqqında Konvensiyasının 22-ci bölməsinə uyğun olaraq, BMT-da ekspert kimi təyin edilmiş şəxslərə BMT sertifikatı verilə bilər ki, bu da hüquqi səyahət sənədi deyil, lakin onun sahibinin BMT və ya əlaqədar təşkilatın adından rəsmi işgüzar səfər etdiyini təsdiq etməyə xidmət edir.
Həmçinin bax Avropa İttifaqı pasportu
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:BMT Kateqoriya:Şəxsiyyət sənədləri Kateqoriya:Şəxsiyyətin identifikasiyası Kateqoriya:BMT-nin sənədləri Kateqoriya:Beynəlxalq səyahət sənədləri Kateqoriya:Pasportlar