Frans fon Holshausen (; ) — Amerikalı avtomobil dizayneri. O, elektrik avtomobil istehsalçısı Tesla şirkətinin baş dizayneridir. Tesladan əvvəl o, Mazda, General Motors və Volkswagen şirkətlərində dizayner kimi çalışmışdır.
Avtomobil jurnalı Frans fon Holshauseni bütün dövrlərin ən böyük 25 avtomobil dizaynerindən biri adlandırmışdır. Həyatı Frans fon Holshausen 10 may 1968-ci Konnektikut ştatının Sbsberi şəhərində anadan olmuşdur. Avtomobillərə olan marağı onu dizayn sahəsində peşəkar karyera qurmağa sövq etmişdir. O, Kaliforniyanın məşhur "ArtCenter College of Design" universitetində Nəqliyyat Dizaynı üzrə təhsil almışdır.
Təhsilini başa vurduqdan sonra fon Holshausen "Volkswagen" şirkətində dizayner kimi fəaliyyətə başlamışdır. Daha sonra "General Motors"un Saturn brendinə qoşulmuş və burada bir neçə mühüm layihədə iştirak etmişdir.
2005-ci ildə Frans fon Holshausen "Mazda" şirkətinin Şimali Amerika dizayn bölməsinin rəhbəri təyin edilmişdir. Burada çalışdığı müddətdə aşağıdakı modellərin dizaynında əsas rol oynamışdır: Onun dizayn etdiyi konsept avtomobilləri "Mazda"nın gələcək dizayn dili üçün mühüm bir mərhələ olmuşdur. Xüsusilə "Mazda Furai", aerodinamik və idman dizaynı ilə avtomobil həvəskarlarının diqqətini cəlb etmişdir.
"Tesla" dövrü 2008-ci ildə Frans fon Holshausen "Tesla" şirkətinə keçmiş və burada baş dizayner vəzifəsini tutmuşdur. Onun "Tesla"da həyata keçirdiyi layihələr, elektrik avtomobillərin dizaynında yeni standartlar müəyyən etmişdir. "Tesla" üçün hazırladığı əsas modellər aşağıdakılardır: Tesla Model S (2012) – Elektromobillər üçün yeni lüks sedan anlayışını təqdim etdi. Tesla Model X (2015) – Aerodinamik və futuristik SUV modeli. Tesla Model 3 (2017) – Elektrikli avtomobilləri kütləvi bazara çıxarmaq üçün nəzərdə tutulmuş model. Tesla Model Y (2020) – Kompakt SUV modeli, Model 3-ün daha geniş versiyası. Tesla Cybertruck (2023) – Radikal futuristik dizaynı ilə ən mübahisəli layihələrdən biri. Tesla Roadster (İkinci nəsil, 2024) – Tesla-nın yüksək performanslı elektrik super avtomobili.
Bu dizaynlar "Tesla"nın avtomobil bazarında lider mövqeyini möhkəmləndirmiş və elektromobillərə qarşı münasibəti dəyişmişdir.
İstinadlar
Xarici keçidlər Интервью 2013 года
Kateqoriya:Almanəsilli amerikalılar