Sujata Keşavan () — Hindistanlı qrafik dizayner. Həyatı Sujata Keşavan mühəndis və rəssam ailəsində anadan olub. Keşavan 1984-cü ildə Əhmədabaddakı Milli Dizayn İnstitutunu bitirib. Daha sonra o, 1987-ci ildə Yel Universitetində qrafik dizayn üzrə Təsviri İncəsənət Magistri dərəcəsi alıb. Yeldə oxuyarkən dizaynerlər Pol Rend, Bredberi Tompson, Metyu Karter və Armin Hofmanndan təhsil alıb.

Məzun olduqdan sonra Keşavan karyerasına Ram Rey tərəfindən təsis edilmiş "Response" reklam agentliyində başlayıb və Hindistana qayıtmazdan əvvəl altı ay orada çalışıb. 1989-cu ildə Keşavan keçmiş müdiri Ram Rey ilə birlikdə rəqəmsal konsaltinq şirkəti olan Ray + Keşavanı təsis edib. Onların müştəriləri arasında "Infosys", "Kotak Mahindra Bank", "Himalaya Drug Co.", "Bharti Airtel", "Reliance", "Hindustan Lever", ITC, "Wipro", "McKinsey", "Dr. Reddy’s", "Dabur", "Max Group", TVS, "Mindtree" və Hindistanın bir neçə hava limanı kimi şirkətlər var.

2006-cı ildə "Ray+Keşavan" "WPP Group Plc" tərəfindən satın alınıb.

2016-cı ildə Keşavan sahibkarlar Ravi Prasad və Meeta Malhotra ilə birlikdə hazırlanmış lüks moda brendi olan "Varana Design Ltd."ni təsis edib. İstinadlar

Xarici keçidlər Ray and Keshavan Design