Henri Beyker (; ) — Britaniya təbiətşünası.
Həyatı
O, 8 may 1698-ci ildə Londonun Çanseri Leyn küçəsində, ofisdə katib işləyən Uilyam Beykerin ailəsində anadan olub. 15 yaşında ikən kitab satıcısı Con Parkerin şagirdi olub. 1720-ci ildə müqaviləsinin sonunda Beyker qohumu Con Forsterin yanına gedir. Onun o vaxtlar səkkiz yaşında olan kar-lal qızı var idi. Kar insanlar üçün uğurlu bir terapevt kimi, o, gizli saxladığı bir sistemlə pul qazanmağa davam edirdi. Terapevt kimi işi Daniel Defonun diqqətini cəlb etdi və onun kiçik qızı Sofiya ilə 30 aprel 1729-cu ildə evləndi.
1740-cı ildə o, Antikvarlar Cəmiyyətinin və Kral Cəmiyyətinin üzvü seçildi. 1744-cü ildə duz hissəciklərinin kristallaşması üzərində mikroskopik müşahidələrə görə "Kopli" qızıl medalını aldı.
O, 1754-cü ildə İncəsənət, İstehsal və Ticarətin Təşviqi Cəmiyyətinin (sonradan İncəsənət Cəmiyyəti) təsisçilərindən biri idi və bir müddət onun katibi vəzifəsini icra etdi. O, Londonda vəfat etdi və Müqəddəs Meri-le-Strandda dəfn edildi.
İstinadlar
Xarici keçidlər
Baker, Henry (1743) An attempt towards a natural history of the polype, in a letter to Martin Folkes... - digital facsimile from the Linda Hall Library Baker, Henry (1743) The microscope made easy - digital facsimile from the Linda Hall Library Henry Baker collection at John Rylands Library, Manchester.
Kateqoriya:8 mayda doğulanlar Kateqoriya:1698-ci ildə doğulanlar Kateqoriya:Londonda doğulanlar Kateqoriya:25 noyabrda vəfat edənlər Kateqoriya:1774-cü ildə vəfat edənlər Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:Copli medalı ilə təltif edilənlər Kateqoriya:Britaniya şəxsləri Kateqoriya:İngiltərə şəxsləri