Aysel Şıxlı - azərbaycanlı yazıçı, illüstrator, Mir Cəlal adına IV hekayə müsabiqəsinin qaliblərindən biri (3-cü yer)https://azertag.az - Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. İstifadə tarixi: 21 dekabr 2025.https://xalqqazeti.az - Mir Cəlal hekayə müsabiqəsi yekunlaşdı. İstifadə tarixi: 21 dekabr 2025..
Həyatı 1994-cü ildə Bakıda yazıçı ailəsində dünyaya gəlib. Babası İsmayıl Şıxlı, atası Fərrux Şıxlinski, anası isə Reyhan Yusifqızıdırhttps://www.edebiyyatveincesenet.az - “Yazıçı ailəsində böyümək məsuliyyətlidir” - Aysel Şıxlinskaya. İstifadə tarixi: 25 noyabr 2025.. Bakıda yerləşən 102 №-li orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində Turizm və Otelçilik ixtisası üzrə təhsil alıb.
Yazıçı fəaliyyəti Peşəkar yazıçı fəaliyyəti ilk dəfə 2020-ci ildə çap etdirdiyi "Mənəm, Yusif" adlı hekayəsi ilə başlayıbhttps://www.3alma.az - Aysel Şıxlı. İstifadə tarixi: 24 noyabr 2025.. "Mənəm, Yusif" hekayəsi "525-ci" qəzetdə, sonra isə "44 fəsil - Payızda gələn bahar hekayələri" adlı hekayələr toplusunda çap olunubhttps://uraqan.com - Aysel Şıxlı — kimdir? İstifadə tarixi: 24 noyabr 2025.https://az.1000kitap.com - Aysel Şıxlı. İstifadə tarixi: 25 noyabr 2025.. Bir neçə kitabın müəllifi olan Aysel Şıxlı "Sonsuzadək gülümsəyən uşaq" hekayəsi ilə 2024-cü ildə təşkil olunan Mir Cəlal adına IV hekayə müsabiqəsində III yerə layiq görülübhttps://www.teaspress.az - Aysel Şıxlı. İstifadə tarixi: 24 noyabr 2025.https://kulis.az - Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. İstifadə tarixi: 21 dekabr 2025.
İllustrator fəaliyyəti "Arzuların səyahəti"https://525.az - Aysel Şıxlı haqda bir neçə söz - Reyhan Yusifqızı yazır. İstifadə tarixi: 25 noyabr 2025., “Qapı arxasında o” və “Hər günə bir sual” kitablarının illustrasiyaları ona aiddir.
Əsərləri
"Qanadsız mələk" (2021-2022) - Müəllifin ilk romanı olan "Qanadsız mələk" romanı dostluq, sevgi, eləcə də ailə münasibətlərindən bəhs edir və yazıçının tanınıb auditoriyası tərəfindən sevilməsində böyük rol oynamışdır. Kitabın üz qabığının dizaynı da müəllifə aiddir. "Arzuların səyahəti" (2023)- 3 fərqli povestdən ibarətdir. Kiçik qardaşını bədbəxt hadisə nəticəsində itirmiş Asim və onunla dostlaşan qonşu qız, nənə-babası ilə kənddə yaşayan Əşrəf və onun yeni qonşusu Nilufər, həmçinin sahibini itirmiş "İşıq" adlı it — bu üç povestin əsas qəhrəmanlarıdırhttps://www.3alma.az - Arzuların səyahəti. İstifadə tarixi: 24 noyabr 2025.. "Paralel dünyada" (tetralogiya) - Uzaq gələcəkdə insanlığın Yer planetində həyata son qoymasından sonra paralel dünyada əvvəlki insanların səhvlərini təkrar etməmək üçün qəlblərindən mənfi duyğularını çıxarıb möhürlənir və bu möhürlərin hərəsi başqa bir kralllıqda qorunurhttps://www.teaspress.az - Paralel dünyada. İstifadə tarixi: 14 dekabr 2025.. Möhürlərinin birinin oğurlanması ilə başlayan hadisələr Kay adlı əsgərin seçilməsi və onun müxtəlif krallıqlardan keçən axtarışı ətrafında inkişaf edir. "İşıq" (hekayə) - sahibini itirmiş bir itin yaşadıqlarından bəhs edir.
İstinadlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Qadın yazıçılar