Balbin (; ) — Roma imperatoru. Onun imperatorluğunun müddəti 3 aydır.

Bioqrafiyası I Qordian və II Qordian öldükdən sonra o və Pupien Senat tərəfindən 238-ci ildə imperator elan edildilər. O və Pupienin təcrübəli senator idilər. Konsulluq modelinə görə onlar bərabər səlahiyyətə malik idilər və onların ikisi də pontifeks maksimus idi. Buna görə Balbinə mülki idarəçilik, Pulpienə isə hərbi idarəçilik həvalə olundu. Lakin onların hakimiyyətləri uzun çəkmədi: Senatın qərarından narazı olan pretorianlar qiyam qaldıraraq Balbin və Pulpieni qətlə yetirdilər. Onların yerinə III Qordianı imperator edlan etdilər.

İstinadlar Kateqoriya:Qədim Roma şairləri Kateqoriya:Roma imperatorları