Qvineya-Bisauda fahişəlik geniş yayılmışdır və fahişəlik barədə qanunlar mövcud deyil. 2016-cı ildə ölkədə 3138 fahişə olduğu təxmin edilirdi. Yerli fahişəlik çox vaxt digər cinayətlərlə də əlaqəli olur, belə ki bir çox sutenyorun narkotik satıcısı olduğu da bildirilir. Yoxsulluq bir çox qadını fahişəliyə və kokain asılılığına meyil etməyə vadar edir.

Bisau və Qvineya-Bisaunun digər şəhərlərindəki fahişələrin çoxu Kaşeu bölgəsindəki Kayo sektorundan olan manjako qəbiləsinin qadınlarıdır. Onlar adətən 30 yaşdan yuxarı olurlar və evlərindəki xüsusi otaqlarda müştərilərini gözləyirlər. Bəzən müştəri axtarışı üçün yerli bara gedirlər. Kayodan olan fahişələr işləmək üçün Seneqalın Ziginşor və Qambiyanın Bancul şəhərlərinə da gedirlər.

Şəhərlərdə gənc fahişələr çox vaxt barlarda işləyirlər.

Bijaqoş adalarında uşaq seks turizmi ilə bağlı məlumatlar mövcuddur.

İİV Qara Afrikanın digər ölkələrində olduğu kimi, İİV burada da problemdir. Yetkinlərdə yayılma 3,1% -dir.

Seks işçiləri arasında prezervativ istifadəsi qeyri-müntəzəmdir, bu da seks işçiləri arasında İİV yayılmasının 39%-ə çatması ilə nəticələnib.

Uşaq fahişəliyi Uşaq fahişəliyi ölkənin problemlərindən biridir. Bir çox uşaq sağ qalmaq üçün fahişəliklə məşğul olur. Fəaliyyət əsasən klublarda, barlarda və otellərdə baş tutur. Hökumət problemi həll etmək üçün QHT-lərə güvənərək çox az tədbir görür. mainly culled from 10–15 year old sources, not verified.

2000–2004-cü illər arasında Bijaqoş adalarında uşaq seks turizmi ilə bağlı məlumatlar yayılmışdı.

Cinsi istismar Qvineya-Bisau cinsi istismara məruz qalan uşaqların mənbə ölkəsidir. Yetkinlərin nə dərəcədə məcburi fahişəliyə məruz qaldığı bəlli deyil. Bisau-Qvineyadan olan qız uşaqları Qvineya və Seneqalda uşaq cinsi istismarına məruz qalırlar.

ABŞ Dövlət Departamentinin İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsi Qvineya-Bisaunu ölkələr siyahısında "2-ci səviyyəli nəzarət" kimi qiymətləndirib.

İstinadlar

Kateqoriya:Ölkələrinə görə fahişəlik fahişəlik Kateqoriya:Afrikada fahişəlik