Frizl — Toyuqkimilər fəsiləsinə aid toyuq növü. Ümumi məlumat Frizl xüsusi qıvrım və ya dalğalı lələkləri olan toyuq cinsidir. Frizl geni Pekin və Polşa toyuqları kimi bir çox növdə görünə bilər, lakin Frizl bir sıra Avropa ölkələrində və Avstraliyada ayrıca cins kimi tanınır. Amerika Birləşmiş Ştatlarında isə frizl toyuqlar ayrı bir cins hesab edilmir və sərgilərdə aid olduqları cinsin standartlarına uyğun qiymətləndirilir.APA Recognized Breeds and Varieties: As of January 1, 2012. American Poultry Association. Archived 4 November 2017.

Frizlin mənşəyi məlum deyil. Frizl geninin Asiyadan yayıldığı düşünülür. Uzaq Şərqdə frizl toyuqlar haqqında XVIII əsrdən bəri məlumatlar var. Frizl cinsi sərgi məqsədi ilə seleksiya yetişdirilməsinin nəticəsidir. Bu cins doqquz Avropa ölkəsində tanınır.[Victorian Poultry Fanciers Association] (2011 ). Australian Poultry Standards, second edition. Ballarat, Victoria: Victorian Poultry Fanciers Association Limited. .Frances Bassom (2009). Chicken Breeds & Care: A Color Directory of the Most Popular Breeds and Their Care. Buffalo, NY: Firefly Books. .

Lələklərin qıvrım olması geni normal lələklər üzərində natamam dominant xarakter daşıyır, bu cinsin bütün fərdlərində frizl lələklər olmur. Frizl quşlar bu gen üçün heterozigotdur, iki frizl quş çiftləşdirildikdə, övladlar Mendel qanununa uyğun olaraq nisbətində geni miras alır: 50% heterozigot və valideynlər kimi frizl, 25% normal lələklərə malik olur, 25% isə "aşırı frizl" olur və boru təmizləyicilərinə bənzər kövrək lələklərə sahib olur. Frizl tək ibiklidir və ayaqları təmizdir. Yaxşı yem axtaran və möhkəm bir cinsdir.Liste des races et variétés homologuée dans les pays EE (28.04.2013). Entente Européenne d’Aviculture et de Cuniculture. Archived 16 June 2013.

Araşdırmalar göstərir ki, frizl fenotipi KRT75 keratin genindəki mutasiyadan yaranır. Ekson 5 və intron 5-in bir hissəsini silən bir delesiya, splice sahəsini dəyişdirir. Bu, KRT75 geninin 69 baz cütlüyünün silinməsinə səbəb olur.Chen Siang Ng, Ping Wu, John Foley, Anne Foley, Merry-Lynn McDonald, Wen-Tau Juan, Chih-Jen Huang, Yu-Ting Lai, Wen-Sui Lo, Chih-Feng Chen, Suzanne M. Leal, Huanmin Zhang, Randall B. Widelitz, Pragna I. Patel, Wen-Hsiung Li, Cheng-Ming Chuong (2012). The Chicken Frizzle Feather Is Due to an α-Keratin (KRT75) Mutation That Causes a Defective Rachis . PLOS Genetics. 8 (7): e1002748. .

Frizl yalnız sərgi məqsədi ilə yetişdirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Toyuq Kateqoriya:Əhliləşdirilmiş heyvanlar