Təbriz Dulusçuluq muzeyi və ya Sərraflar evi — Qacarlar dövründə Təbrizdə tikilmiş ev və tarixi abidə. Hazırda evdə Təbriz Dulusçuluq muzeyi fəaliyyət göstərir.

Haqqında Təbriz Dulusçuluq muzeyinin binası təxminən XIX əsrdə Qacarlar dövründə tikilib. Ev Təbrizdə Şəms Təbrizi küçəsində Sərraflar dalanında yerləşir və Sərraflar ailəsi tərəfindən tikdirilib. Sərraflardan sonra bu evdə Ələvi ailəsi yaşayıb. Məhz buna görə də ev bəzən Ələvi evi adlanır. Daha sonra isə ev Şərqi Azərbaycan ostanının valiliyi tərəfindən alınıb, bərpa edilib və muzeyə çevirilib.

Ev 2002-ci il martın 7-də 7802 nömrəsi ilə İranın Milli Abidələr siyahısına əlavə edilib.

Şəkilləri

İstinadlar

Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr