Bağmanlar məscidi, Bala Bağman məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilib. Bina gümbəzlidir.
Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və "Fatimeyi-Zəhra" qadınlar cəmiyyətinin istifadəsindədir. Məsciddə həmçinin 20 saylı kitabxana da fəaliyyət göstərir.
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi
İstinadlar
Xarici keçidlər Gəncə - Bala Bağman məhəlləsi
Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə məscidləri Kateqoriya:1884-cü ildə yarananlar Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri