Phlebotominae — "Psychodidae" fəsiləsinə aid yarımfəsilədir. Bir çox ölkədə onların ümumi adı "qum milçəyi" olsa da, bu ad digər milçəklərə də şamil edilir. "Phlebotominae" yarımfəsiləsi qanla qidalanan (hematofaq) bir çox cinsi özündə birləşdirir, o cümlədən leyşmanioz, bartonelloz və Pappataçi qızdırmasının əsas vektorları.
Qum milçəkləri kiçik olur bir çox növ üçün təxminən 3 mm uzunluğunda bədən ölçüsü tipikdir, bu da onların diqqətdən yayınmasına kömək edir. Onların dişləməsi həmişə hiss edilmir, lakin bir neçə saat və ya gün sonra qaşınmağa başlayan kiçik, yumru, qırmızımtıl bir şişlik qoyur. Qum milçəklərinin olduğu ərazilərdə həşərat qovucu istifadəsi tövsiyə olunur.
Yayılması
Phlebotominae qum milçəkləri 50° şimal və 40°Cənub enlikləri arasında tapıla bilər, lakin Yeni Zelandiya və Sakit okean adalarında yoxdur.
İstinadlar
Xarici keçidlər
CIPA Computer-aided Identification of Phlebotomine sand flies of America Lutzomyia shannoni, a sand fly on the UF / IFAS Featured Creatures website
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:İnsan parazitləri Kateqoriya:Parazitologiya