Vəli Hüseyn oğlu Axundov () — Sovet dövlət xadimi, partiya və hərbi lider, 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Böyük Vətən müharibəsinin iştirakçısı, 1942-ci ildən Xarkov vilayətində antifaşist gizli fəaliyyətinə rəhbərlik etmişdir.

Həyatı Vəli Axundov 23 aprel 1907-ci ildə İrəvan quberniyasının İrəvan qəzasının Qəmərli kəndində anadan olub. 1929-cu ildə Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasına qoşulub.

1937-ci ildən 1939-cu ilə qədər Astara rayon komitəsinin birinci katibi olub. 1939-cu ildə Azərbaycan SSR Sabirabad rayonunun icraiyyə komitəsinin sədri olmuşdur. 1940-cı ilədək bu vəzifədə çalışmışdır. 1940-cı ildən 1941-ci ilə qədər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin şöbə müdiri vəzifəsində çalışmışdır. Həmçinin 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı idi.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar