Emil Maqsud oğlu Qarayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Həyatı Emil Qarayev 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisası üzrə magistr pilləsini bitirmişdir.

2005–2006-cı illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur.

Ailəlidir, iki övladı var.

Əmək fəaliyyəti 2006–2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009–2011-ci illərdə baş məsləhətçi, 2011–2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016–2019-cu illərdə isə vergi və hüquq məsələləri üzrə direktor vəzifəsində çalışmışdır.

2019-cu ilin may–iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul–avqust aylarında həmin departamentin baş direktorunun birinci müavini olmuşdur.

2019–2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2020–2021-ci illərdə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2021–2022-ci illərdə isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.

2022–2024-cü illərdə Dövlət Vergi Xidmətinin aparat rəhbəri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

İstinadlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin - Rəsmi Saytı

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı dövlət xadimləri