Kendis Kinq (; ) — ABŞ aktrisası, müğənni və bəstəkar. Həyatı 250px|thumb|left|Kendis Kinq 2013-cü ildə Kendis Kinq 13 may 1987-ci ildə Texas ştatının Hyuston şəhərində anadan olub. Kendis Kinq Florida ştatının Edqevud şəhərində böyüyüb və Orlando şəhərindəki Lake Hiqland Hazırlıq Məktəbində təhsil alıb.

2006-cı ilin dekabrında Kendis Kinq "It's Always the Innocent Ones" adlı debüt albomunu müstəqil olaraq ABŞ-da yayımladı. Alboma daxil olan 14 mahnıdan 12-sinin sözlərini özü yazıb. O, həmçinin Mayli Sayrusun "Best of Both Worlds" turunda arxa vokalçı kimi çıxış edib və 2008-ci ildə "Hannah Montana & Miley Cyrus: Best of Both Worlds Concert" filmində öznü canlandırıb.

Kendis Kinq "How I Met Your Mother", "Supernatural" və "Drop Dead Diva" kimi televiziya seriallarında qonaq rollarında çıxış edib. 2009-cu ildə "The Vampire Diaries" serialında Karolin Forbes rolunu canlandırmağa başladı və bu rolu ilə iki "Teen Choice" Mükafatı qazandı. Daha sonra "The Originals" və "Legacies" kimi spin-off seriallarında da eyni rolu təkrarladı. 2020-ci ildə "After We Collided" filmində Kimberli rolunu oynadı.

Kendis Kinq 2014-cü ildə musiqiçi Co Kinq ilə evləndi və bu evlilikdən iki qızı var, Florens May (2016-cı il təvəllüdlü) və Cozefina Cun (2020-ci il təvəllüdlü). 2022-ci ildə cütlük boşandı. 2023-cü ilin dekabrında Kendis Kinq amerikalı aktyor Stiven Kruqer ilə münasibətdə olduğunu təsdiqlədi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar