– Yaponiya həkimi, onkoloqu və bakterioloqu. Leptospiroz xəstəliyinin törədicisini kəşf etmişdir.

İlk illəri və təhsili Ryukiçi İnada 1874-cü ildə Yaponiyanın Ayçi prefekturasında doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin Tibb Məktəbindən məzun olmuş, Aoyama Tanemiçinin şagirdi olmuşdur. 1902-ci ildə Almaniyaya getmiş və 3 il ürək xəstəlikləri üzrə təhsil almışdır. Fukuoka Universitetinin professoru olmuşdur. 1918-ci ildə Tokio Universitetinə keçmişdir.

Karyerası Ryukiçi İnada leptospiroz xəstəliyinin törədicisini kəşf etməsinə görə tanınır. O, xəstəliyin törədicisini tapmaq üçün 1908-ci ildə araşdırmalara başlamış, 1913-cü ilin iyununda leptospiroz xəstələrinin qanı ilə peyvəndlənmiş qvineya donuzlarında törədicini axtarmış, nəhayət, 1914-cü ilin noyabrında törədici bakteriyanı kəşf etmişdir. İnada 20 yanvar 1915-ci ildə Kyuşu İmperator Universiteti Tibb Məktəbinin 54-cü görüşündə həmkarı Yutaka İdo birlikdə xəstəliyin törədicisini kəşf etdiyini açıqlamış, 13 fevral 1915-ci ildə törədici orqanizm haqqında – Spirochaeta cinsinin yeni növü haqqında ilk elmi məqaləni nəşr etdirmişdir. Bu kəşfinə görə 1916-cı ildə Yaponiya Akademiyasının İmperator Mükafatını qazanmışdır. 1919-cu ildə Tibb üzrə Nobel mükafatına namizəd göstərilmişdir.

1918-ci ildə Tokio Universitetinə keçdikdən sonra qripi və daxili xəstəlikləri öyrənmişdir. Universitetdə daxili xəstəliklər kafedrasının professoru olmuşdur. Koraku xəstəxanasının direktoru olmuş, İkinci Dünya müharibəsi illərində Yaponiya Tibb Assosiasiyasının və yeni yaradılmış Yaponiya Tibbi Qayğı Qrupunun prezidentliyini etmişdir. 1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. 1950-ci ildə beyin xərçəngindən ölmüşdür.

İrsi Kyuşu Universitetində bürünc büstü yerləşir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya onkoloqları Kateqoriya:Yaponiya mikrobioloqları Kateqoriya:Kyuşu Universitetinin müəllimləri Kateqoriya:Yaponiya kardioloqları Kateqoriya:Yaponiya bakterioloqları Kateqoriya:Yaponiya internoloqları