Betti Luis Ekerman (; ) — ABŞ aktrisası və rəssamı.

Həyatı Betti Ekerman 28 fevral 1924-cü ildə Cənubi Karolina ştatının Cottaqevill şəhərində anadan olub. 1945-ci ildə Cənubi Karolina Universitetini bitirdikdən sonra, Nyu-York şəhərinə köçərək Kolumbiya Universitetində teatr üzrə magistratura təhsili alıb. Sonra Los-Ancelesdəki Otis Art İnstitutunda Cozef Muqnaini və Corc Deqroat ilə incəsənət üzrə təhsilini davam etdirib.

Betti Ekermanın televiziya karyerası 1961-ci ildə "Ben Casey" serialında Dr.Meqqi Qraham rolunu canlandırmağa başlaması ilə zirvəyə çatıb. Bu rolu ilə geniş tanınan Betti Ekerman 1961–1966 illəri arasında 58 epizodda iştirak edib. Daha sonra "Return to Peyton Place" serialında Konstans Makkenzi rolunu oynayıb və "Falcon Crest" serialında Elizabet Bradburi rolunu canlandırıb. Həmçinin "Perry Mason", "Bonanza", "Columbo" və "Dynasty" kimi məşhur seriallarda da qonaq rolunda çıxış edib.

Film sahəsində isə "Face of Fire" (1959) və "Rascal" (1969) kimi filmlərdə rol alıb.

1956-cı ildə aktrisa Sam Ceffi ilə evlənib. Cütlük 1984-cü ildə Ceffinin vəfatına qədər evli qalıb və övladları olmayıb. 1998-ci ildə Cənubi Karolinaya qayıdan Betti Ekerman burada geniş ailəsi ilə yaxın olmaq istəyib. Qısa müddət sonra Altsheymer xəstəliyinə tutulub. 1 noyabr 2006-cı ildə Cənubi Karolina ştatının Kolumbiya şəhərində 82 yaşında vəfat edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları