Cun Ellison (; ) — ABŞ aktrisası, müğənni və rəqqasə. "Qızıl Qlobus" mükafatı laureatı (1952). Həyatı Səhnə adı Cun Ellison olan Elyanor Robert Qeysman 7 oktyabr 1917-ci ildə Nyu-Yorkda Almaniyalı mühacir ailəsində anadan olub. Lakin Ella özü həmişə Hollandiyalı olduğunu iddia edirdi. 1918-ci ildə spirtli içki aludəçisi olan atası ailəni atıb getdi və anası özünü, qızını dolandırmaq üçün bir neçə işdə işləməli oldu.

1925-ci ildə Ella Qeysman səkkiz yaşında olarkən, böyük bir ağac budağı onun üstünə düşdü və o, bir neçə sınıq aldı. Həkimlər onun bir daha yeriyə bilməyəcəyini bəyan etdilər, lakin aylarla idman və üzgüçülükdən sonra o, sağaldı. Cun Ellison uşaqlıq illərini Nyu-Yorkda keçirmiş və gənc yaşlarda balet və musiqi ilə maraqlanmışdır. Hələ gənc yaşlarda o, bir neçə səhnə proqramlarında iştirak edərək sənət dünyasına daxil oldu. 1930-cu illərin sonlarına doğru, o, müxtəlif Broadvey tamaşalarında yer aldı və 1940-ci illərin əvvəlində film sənayəsində işə başladı. 1940-cı illərin əvvəllərində Cun Ellison Paramount Pictures ilə müqavilə imzaladı və bu onun film karyerasının başlanğıcı oldu. İlk dəfə 1943-cü ildə "The Stork Club" adlı filmində rol almış və burada göstərdiyi performans ilə diqqətləri üzərinə çəkmişdir.

Aktrisa həyatının son illərində səhhətindən əziyyət çəkirdi. O, omba dəyişdirmə əməliyyatı keçirdi və sonradan uzun müddət kəskin bronxitdən əziyyət çəkdi. Cun Ellison 8 iyul 2006-cı ildə Kaliforniyanın kiçik bir qəsəbəsində tənəffüs çatışmazlığından vəfat edib.

İstinadlar

Ədəbiyyat

Allyson, June. June Allyson's Feeling Great: A Daily Dozen Exercises for Creative Aging. New York: Da Capo Press, 1987. .

Basinger, Jeanine. The Star Machine. New York: Knopf, 2007. . Becker, Christine. It's the Pictures That Got Small: Hollywood Film Stars on 1950s Television (Wesleyan Film). Indianapolis, Indiana: Wesleyan, 2009. . Davis, Ronald L. Van Johnson: MGM's Golden Boy (Hollywood Legends Series). Jackson, Mississippi: University Press of Mississippi, 2001. . Eyman, Scott. Lion of Hollywood: The Life and Legend of Louis B. Meyer. New York: Simon & Schuster, 2005. . Fordin, Hugh. M-G-M's Greatest Musicals. New York: Da Capo Press, 1996. . Hirschhorn, Clive. The Hollywood Musical. London: Pyramid Books, 1991, first edition 1981. . Kennedy, Matthew. Joan Blondell: A Life between Takes (Hollywood Legends Series). Jackson, Mississippi: University Press of Mississippi, 2007. . Milner, Jay Dunston. Confessions of a Maddog: A Romp through the High-flying Texas Music and Literary Era of the Fifties to the Seventies. Denton, Texas: University of North Texas Press, 1998. . Mormon, Robert. Demises of the Distinguished. Bloomington, Indiana: AuthorHouse, 2007. . Parish, James Robert and Michael R. Pitts. Hollywood Songsters: Singers Who Act and Actors who can Sing. London: Routledge, 2003. . Wayne, Jane Ellen. The Golden Girls of MGM: Greta Garbo, Joan Crawford, Lana Turner, Judy Garland, Ava Gardner, Grace Kelly and Others. New York: Carroll & Graf Publishers, 2002. . Wayne, Jane Ellen. The Leading Men of MGM. New York: Da Capo Press, 2006. .

Xarici keçidlər

(under construction)

Joe Daurril's Allyson Without Tears Obituary in The New York Times (July 11, 2006) Photographs and literature

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Nəfəs çatışmazlığından ölənlər Kateqoriya:Bronxitdən vəfat edənlər Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Hollandəsilli amerikalılar