— Yaponiya mifologiyasında günəş ilahəsi, şinto panteonunun ali ilahəsi və şinto inancına görə Yaponiya imperator nəslinin ulu əcdadı. Əfsanəyə əsasən, Yaponiyanın ilk imperatoru Cimmunun onun ulu nəvəsi olduğu qəbul edilir. Amaterasu Takamaqahara () — "Göylərin ali yurdu"nun hökmdarı sayılır.
Rəvayətə görə, imperator Şomu böyük şərq məbədi Today-ci və oradakı nəhəng Budda Vayroçana heykəlinin tikintisini başa çatdırmaqda çətinlik çəkən zaman VII–VIII əsrlərdə yaşamış möcüzə yaradan rahib Qyoki vasitəsilə Amaterasuya dua etmişdir. İlahə cavabında bildirmişdir ki, o, əslində elə Budda Vayroçanadır. Bununla belə, tədqiqatçılar bu əfsanənin çox sonralar — XIII əsrin ikinci yarısında meydana gəldiyini ehtimal edirlər.Накорчевский А. А. Япония. Синто. Глава 6: «Многоликое синто: история».
İstinadlar
Kateqoriya:Yaponiya ilahələri Kateqoriya:Milli personifikasiyalar Kateqoriya:İlan ilahələr Kateqoriya:Səma və hava ilahələri Kateqoriya:Ölüm ilahələri Kateqoriya:Bodhisattvalar Kateqoriya:İnari kultu