Qalina Yuriyevna Mehdiyeva () — Fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı 15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1960–1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. 1976-cı ildən BDU-da çalışır.

1965–1967-ci illərdə Suxumi 4 saylı axşam məktəbində müəllim işləmişdir.

Akustika İnstitutunun Suxumi filialında 1967–1968-ci illərdə mühəndis-proqramçı, 1968–1970-ci illərdə baş laborant, 1970–1972-ci illərdə isə riyaziyyatçı-mühəndis-proqramçı vəzifələrində çalışmışdır.

1972–1976-cı illərdə "Azerselxoztexnika"nın İnformasiya-hesablama mərkəzində böyük mühəndis vəzifəsində işləmişdir.

Ailəsi Ramiz Mehdiyevin həyat yoldaşıdır. İki övladı var.

Elmi fəaliyyəti Bakı Dövlət Universitetində "Hesablama üsulları", "Hesablama riyaziyyatı" və "Operator tənliklərin təqribi həll üsulları" dərslərini tələbələrə tədris edir.

"Volter və Fredqolm tipli inteqral tənliklərin iterasiya üsullari ilə həlli" mövzusunda tədqiqatlar aparır.

160 elmi məqalənin, 3 dərs və 3 metodik vəsaitin və 1 monoqrafiyanın müəllifidir.

Kitabları Hesablama praktikası üzrə metodik göstəriş. Bakı, BDU, 1982. Fortranda hesablama praktikası üzrə metodik göstəriş. Bakı, BDU, 1983. Proqramlaşdırma üzrə məsələlər. (Ali məktəblər üçün dərs vəsaiti). Bakı Universiteti nəşriyyatı, Bakı, 2004, 106 səh. Proqramlaşdırma üzrə praktikum. (Ali məktəblər üçün dərs vəsaiti). Bakı Universiteti nəşriyyatı, Bakı, 2004, 116 səh. II növ Volter inteqral tənliyinin həllinə çoxaddımlı üsulların tətbiqi, (Dərs vəsaiti), Bakı, BDU, 2015 səh.112 Adi diferensial tənliklərin ədədi üsullarla həlli. (Dərs vəsaiti), Bakı, BDU, 2010 səh.170 On the research of multi-step methods with constant coefficients. Monograph / LAP LAMBERT Academic Publishing, 2013

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Gürcüstan alimləri Kateqoriya:Ramiz Mehdiyev işi