Profilaktologiya (, Rom: prófylaktikós — , və , Rom: lógos — , , , , yəni profilaktologiya — "preventiv tədbirləri öyrənən elm") profilaktika, profilaktik tibb, qabaqlayıcı müalicə və ya qabaqlayıcı tibb – xəstəliklərin müalicəsindən fərqli olaraq, xəstəlik baş vermədən onun qarşısının alınması.Katz, D., & Ather, A. (2009).Hugh R. Leavell and E. Gurney Clark as "the science and art of preventing disease, prolonging life, and promoting physical and mental health and efficiency. Sağlamlıq fiziki və psixi vəziyyətlərin müxtəlif formalarını əhatə edir. Ətraf mühit amilləri, genetik meyillilik, xəstəlik törədiciləri və həyat tərzi seçimləri xəstəlik və əlillik hallarına təsir göstərir. Sağlamlıq, xəstəlik və əlillik vəziyyətləri fərdlərin fərqinə varmadan dəyişə bilən dinamik hallardır. Xəstəliklərin qarşısının alınması birinci dərəcəli, ikinci dərəcəli və üçüncü dərəcəli mühafizə kimi kateqoriyalaşdırılan tədbirlərə əsaslanır.
Hər il milyonlarla insanın ölümünün qarşısı alına bilər. 2004-cü ildə aparılmış bir tədqiqat, ABŞ-də 2000-ci ildə baş vermiş bütün ölümlərin təxminən yarısının qarşısı alına bilən davranışlar və məruz qalma hallarından irəli gəldiyini göstərmişdir.Mokdad, A. H., Marks, J. S., Stroup, D. F., & Gerberding, J. L. (2004). Aparıcı səbəblər arasında ürək-damar xəstəlikləri, xroniki tənəffüs xəstəlikləri, təsadüfi (qəsdsiz) xəsarətlər, şəkərli diabet və bəzi yoluxucu xəstəliklər yer almışdır. Həmin tədqiqatda həmçinin təxminən 400.000 insanın qeyri-sağlam qidalanma şəraiti və oturaq həyat tərzinə görə öldüyü müəyyən edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, 2011-ci ildə dünya üzrə 55 milyon insanın ölümü qeydə alınmışdır; xərçəng, diabet, xroniki ürək-damar və ağciyər xəstəlikləri də daxil olmaqla qeyri-yoluxucu xəstəliklər bu qrupun üçdə ikisini təşkil etmişdir.The Top 10 Causes of Death. (n.d. Ölümlərin 60%-i bu tip xəstəliklərlə əlaqələndirilmişdir və bu göstərici 2000-ci ildən sonra artmağa başlamışdır. Xroniki xəstəliklərin və onlardan ölüm hallarının dünya miqyasında artması fonunda önləyici səhiyyə xidmətlərinin əhəmiyyətinə xüsusi diqqət yetirilməyə başlanmışdır.
Xəstəliklərin qarşısını almaq üçün bir çox üsullar mövcuddur. Yetkinlərə və uşaqlara özlərini sağlam hiss etsələr belə, xəstəliklərin risk amillərini müəyyən etmək və sağlam, balanslaşdırılmış həyat tərzi üçün tövsiyələr əldə etmək məqsədilə müntəzəm olaraq həkim müayinəsindən keçməsi, peyvəndlər və immunitet gücləndiriciləri vasitəsilə orqanizmi hazır vəziyyətə gətirməsi, həmçinin bir tibb müəssisəsi ilə daimi olaraq əlaqə saxlaması tövsiyə olunur.Vorvick, L. (2013). Bəzi geniş yayılmış tibbi müayinələrə aşağıdakılar daxildir: yüksək qan təzyiqi, hiperqlikemiya (yüksək qan şəkəri – şəkərli diabet üçün risk amilidir), yüksək xolesterol, rektum xərçəngi müayinəsi, depressiya, HİV və xlamidiya, sifilis, süzənək kimi digər məlum cinsi yolla keçən xəstəliklər; mammoqrafiya (süd vəzi xərçənginin aşkarlanması üçün), kolorektal xərçəng müayinəsi, Pap testi (uşaqlıq boynu xərçəngi üçün), osteoparoz müayinəsi və s. Genetik testlər mutasiyaların aşkar edilməsi üçün tətbiq oluna bilər, çünki döş və ya yumurtalıq xərçəngi kimi bəzi xəstəliklər genetik pozğunluqlar və ya genetik meyillilik nəticəsində meydana çıxır.Vorvick, L. (2013). Bu müayinələr hər bir fərd üçün əlçatan və ya sərfəli olmaya bilər və profilaktik səhiyyə xidmətlərinin xərc-effektivliyi hələ də müzakirə mövzusudur.Michael V. Maciosek, Ashley B. Coffield, Thomas J. Flottemesch, Nichol M. Edwards and Leif I. Solberg.Cohen, J. T., Neumann, P. J., & Weinstein, M. C. (2008, February 14).
Tarix
Şəxsi gigiyena qaydalarına riayət olunması və rasional qidalanma əsasında xəstəliklərin qarşısının alınması məsələləri qədim dünya təbabətində mühüm yer tuturdu. Lakin profilaktikanın elmi əsaslarının işlənib hazırlanmasına yalnız XIX əsrdə – ümumi təbiət elmlərinin, tibbin ümumi inkişafı və fiziologiya, gigiyena, epidemiologiya kimi xüsusi sahələrlə məşğul olan çoxsaylı tibbi fənlərin yaranması nəticəsində başlanılmışdır. Kliniki təbabətdə ictimai ideyaların yayılması da bu prosesdə böyük rol oynamışdır. Rusiya və xaricdə fəaliyyət göstərən qabaqcıl həkimlər və tibb xadimləri təbabətin gələcəyini ictimai profilaktikanın inkişafında, eləcə də müalicəvi və profilaktik təbabətin əlaqələndirilməsində görürdülər.
Görkəmli cərrah N. İ. Piroqov belə demişdir:
Profilaktikanın əsas istiqamətləri
Profilaktika iki əsas səviyyədə həyata keçirilir: ictimai profilaktika və fərdi (individual) profilaktika.
Fərdi profilaktika
Fərdi profilaktika xəstəliklərin qarşısının alınması, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi məqsədilə insanın özü tərəfindən görülən tədbirləri əhatə edir. Bu, əsasən, sağlam həyat tərzi qaydalarına riayət etməyə əsaslanır və aşağıdakıları özündə birləşdirir: şəxsi gigiyena, ailə və nikah münasibətlərində gigiyena, geyim və ayaqqabı gigiyenası, rasional qidalanma və su rejimi, böyüyən nəslin gigiyenik tərbiyəsi, əmək və istirahət rejiminin düzgün təşkil edilməsi, fiziki fəallıq və idmanla məşğul olmaq.Материалы для подготовки и квалификационной аттестации по специальности «Общественное здоровье и здравоохранение» (учебное пособие)./Под ред. В. С. Лучкевича и И. В. Полякова.— СПб,2005
Qrup profilaktikası
Qrup profilaktikası oxşar simptomlara və risk amillərinə malik olan şəxslərdən ibarət qruplarla aparılan profilaktik tədbirləri əhatə edir (hədəf qruplar).Алексеенко С. Н., Дробот Е. В. Профилактика заболеваний // М.: Академия Естествознания, 2015. — 449 с. ISBN 978-5-91327-352-9. (Текст в электронном виде на сайте monographies.ru)
İctimai profilaktika
İctimai profilaktika dövlət institutları və ictimai təşkilatlar tərəfindən planlı şəkildə həyata keçirilən sosial, iqtisadi, qanunverici, tərbiyəvi, sanitariya-texniki, sanitariya-gigiyenik, antiepidemik və müalicəvi tədbirlər sistemidir. Onun məqsədi:
vətəndaşların fiziki və mənəvi potensialının hərtərəfli inkişafı, xəstəlik yaradan səbəblərin aradan qaldırılması, kollektiv həyat üçün optimal şəraitin yaradılmasıdır.
Bu tədbirlər aşağıdakı sahələri əhatə edir:
əmək və istirahət şəraiti, maddi təminat, yaşayış-məişət şəraiti, qida məhsullarının və istehlak mallarının çeşidinin genişləndirilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin inkişafı, fiziki mədəniyyətin təşviqi.
İctimai profilaktika tədbirlərinin effektivliyi, böyük ölçüdə, vətəndaşların öz sağlamlıqlarına və başqalarının sağlamlığına şüurlu münasibətindən, profilaktik tədbirlərin həyata keçirilməsində əhalinin fəal iştirakından və dövlətin yaratdığı imkanlardan insanların nə dərəcədə istifadə etməsindən asılıdır.
İctimai profilaktikanın praktik tətbiqi üçün:
qanunvericilik tədbirləri, daimi və böyük həcmli maddi resurslar, dövlət aparatının bütün həlqələrinin, tibb müəssisələrinin, sənaye, tikinti, nəqliyyat və aqrar-sənaye kompleksi müəssisələrinin birgə fəaliyyəti tələb olunur.
Qabaqlayıcı tədbirlərin səviyyələri
Qabaqlayıcı səhiyyə strategiyaları adətən birinci dərəcəli, ikinci dərəcəli və üçüncü dərəcəli profilaktika səviyyələri üzrə həyata keçirilir.
1940-cı illərdə Hyu R. Livell () və E.Qerni Klark () "birinci dərəcəli profilaktika" terminini işlətmiş və inkişaf etdirmişdirlər. Onlar Harvard və Kolumbiya Universitetlərinin İctimai Səhiyyə Məktəblərində işləmiş, profilaktik tibbi yanaşmanı ikinci dərəcəli və üçüncü dərəcəli profilaktika səviyyələrinə qədər genişləndirmişdirlər.Goldston, S. E. (Ed.). (1987).
Qoldston () (1987) isə bu səviyyələrin mahiyyət etibarilə "qarşısının alınması (qabaqlama), müalicə və reabilitasiya" kimi izah oluna biləcəyini irəli sürmüşdür.
Bu terminlər bu gün də səhiyyə sistemlərində geniş şəkildə istifadə olunmaqdadırlar.
SəviyyəTərifBirinci dərəcəli profilaktikaXəstəlik törədicilərinin aradan qaldırılması və ya xəstəliyə qarşı müqavimətin artırılması yolu ilə xəstəliyin meydana çıxmasının qarşısını almağa yönəlmiş üsullar. Məsələn, sağlam qidalanma, idman etmək və siqaret çəkməmək immuniteti gücləndirərək xəstəliklərin yaranmasının qarşısını alır.Patterson, C., & Chambers, L. W. (1995). İkinci dərəcəli profilaktikaArtıq mövcud olan xəstəliyin ilkin simptomlarını aşkar etməklə onu vaxtında müəyyənləşdirmək və xəstəliyə səbəb ola biləcək vəziyyətləri müalicə etmək üçün istifadə olunan üsulları əhatə edir. Məsələn, yüksək qan təzyiqinin müalicəsi (bir çox ürək-damar xəstəlikləri üçün risk amilidir) və ya xərçəng müayinələriÜçüncü dərəcəli profilaktikaƏlilliyə və ya ölümə səbəb ola biləcək xəstəliyin mənfi təsirlərini azaltmaq məqsədilə xəstəliyin simptomlarını müalicə etməyə yönəlmiş üsulları əhatə edir. Məsələn, xəstəliyin yayılmasının və ya irəliləyişinin qarşısını almaq.Dördüncü dərəcəli profilaktikaSəhiyyə sistemində lazımsız və ya həddindən artıq tibbi müdaxilələrin nəticələrinin qarşısını almaq və ya azaltmaq.Gofrit ON, Shemer J, Leibovici D, Modan B, Shapira SC.
Birinci dərəcəli profilaktika
Birinci dərəcəli profilaktika "sağlamlığın təşviqi" və "xüsusi mühafizə"dən ibarətdir. Sağlamlığın təşviqi fəaliyyətləri klinik müdaxilə tələb etməyən həyat tərzi seçimlərinə yönəlir. Məsələn, balanslaşdırılmış qidalanma və gündəlik fiziki aktivlik həm xəstəliklərin qarşısının alınmasında, həm də ümumi rifah hissinin formalaşmasında mühüm rol oynayır. Sağlamlığın təşviqi və ümumi rifahın artırılması fəaliyyətlərinin yaşam müddətini uzatması gözlənilir. Bu tətbiqlər konkret bir xəstəlikdən daha çox, ümumi sağlamlıq vəziyyətini və həyat keyfiyyətini yaxşılaşdırmağı planlaşdırır.
Digər tərəfdən, xüsusi mühafizə müəyyən bir xəstəlik və ya xəstəlik qrupuna qarşı sağlamlığın təşviqi məqsədlərini tamamlayan tədbirlərə yönəlir. Məsələn, sifilis kimi cinsi yolla keçən xəstəliklərə qarşı sağlamlığın təşviqi tədbirlərinə şəxsi gigiyenanın mühafizə, həkimlə müntəzəm müayinələr (check-up) və ümumi cinsi maarifləndirmə daxildir. Xüsusi profilaktik tədbirlər isə cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək və tanımadığınız şəxslərlə cinsi əlaqədən çəkinməkdir.
Qida birinci dərəcəli profilaktikanın ən əsas vasitələrindən biridir. Xəstəliklərin qarşısının alınması üçün düzgün və əlçatan qida həyati əhəmiyyət daşıyır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) tərəfindən aparılan 2011-ci il Milli Sağlamlıq Müsahibə Sorğusu, insanların qida alma qabiliyyəti ilə bağlı suallar daxil edilmiş ilk milli sorğu olmuşdur. Qida, dərman və ya hər ikisinin xərclərini ödəməkdə yaranan çətinliklər ABŞ əhalisinin təxminən üçdə birini narahat edən problemdir.
Əgər aşağı gəlirli insanların istifadəsi üçün qida bankları, sığınacaq yeməkxanaları və digər resurslar vasitəsilə daha yaxşı qidalanma imkanları təmin olunsa idi, piylənmə və onunla əlaqəli xroniki xəstəliklər daha yaxşı nəzarət altına alınardı.Marucs, Erin.
"Qida səhrası" () — yaxınlıqda supermarketlərin olmamasına görə sağlam qidalara çıxışın məhdud olduğu ərazilərə deyilir. Bu ərazilər adətən nəqliyyat imkanı zəif olan aşağı gəlirli məhəllələrdir."Food Deserts" .
Son 20 ildə şəhər əkinçiliyini təşviq etmək üçün bir neçə yerli (grassroots) hərəkat yaranmışdır. Məsələn, Nyu-York şəhərində fəaliyyət göstərən GreenThumb təşkilatı. Şəhər əkinçiliyi boş qalan torpaq sahələrindən istifadə edərək məhəllə sakinləri üçün ərzaq yetişdirməyə əsaslanır və bu sahələr birbaşa yerli ictimaiyyət tərəfindən becərilir."GreenThumb" .
Bundan əlavə, mobil təzə bazarlar da "qida səhrası"nda yaşayan sakinlər üçün mühüm resursdur. Bunlar xüsusi təchiz olunmuş avtobuslar vasitəsilə əlverişli qiymətlərlə təzə meyvə və tərəvəzlərin aşağı gəlirli məhəllələrə çatdırılmasını təmin edir. Bu proqramlar çox vaxt bişirmə və qidalanma üzrə maarifləndirici tədbirlər də təşkil edirlər."It's a Market on a Bus" .
Belə proqramlar sağlam və əlçatan qidanı ən çox ehtiyac duyan insanlara çatdırmağa kömək edir və birinci dərəcəli profilaktikanın cəmiyyət səviyyəsində tətbiqinə nümunə təşkil edir.
İkinci dərəcəli profilaktika