Dryobates cathpharius (Al-qırmızı boyunarxalı ağacdələn) — Həmçinin "al-qırmızı döşlü ağacdələn" və ya "əlvan döşlü ağacdələn" kimi tanınan, Ağacdələnlər (Picidae) fəsiləsinə aid bir quş növü. Bu növ Butan, Çin, Hindistan, Myanma və Nepalda yayılmışdır. Onun təbii yaşayış yerləri subtropik və tropik rütubətli aşağı dağətəyi meşələr, həmçinin subtropik və tropik rütubətli dağ meşələridir. Daha əvvəl bu növ boyunbağlı ağacdələn (Dendrocopos temminckii) ilə eyni növ hesab edilirdi.

Təsvir

Bu növün kürəyi, qanadları və çiyni qara rəngdədir, qanadlarında isə ağ ləkələr və nazik eninə zolaqlar var. Qanadların üst tərəfində bir qədər böyük ağ ləkə müşahidə olunur. Quyruğun yuxarı hissəsi qara, kənar lələk örtükləri isə ağ eninə zolaqlıdır. Quyruğun alt hissəsi isə qara-ağ zolaqlarla örtülmüşdür. Çənə və boğaz ağ rəngdədir. Döşün mərkəzi hissəsi qırmızı, qalan hissəsi isə ağ və ya açıq qəhvəyi olub qara zolaqlarla örtülmüşdür. Bəzi fərdlərdə ventral nahiyədə (bədən altı) qırmızı və ya çəhrayı çalarlar görünə bilər. Alın ağ, təpə hissə isə qara rəngdədir. Erkək fərdlərin ensə nahiyəsində qırmızı ləkə olur. Malara (ağız kənarı) bölgəsindən ensəyə qədər uzanan və döş tərəflərində davam edən qara zolaq mövcuddur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dryobates Kateqoriya:Çin quşları Kateqoriya:1843-cü ildə təsvir edilən quşlar