Plimutrok () — Amerikan mənşəli ev toyuğu cinsi. İlk dəfə XIX əsrdə Massaçusets ştatında görülmüş və XX əsrin əvvəllərində ABŞ-da ən çox saxlanılan toyuq cinsi olmuşdur. Bu cins həm ət, həm də qəhvəyi yumurtalar üçün yetişdirilən iki məqsədli bir quşdur. Soyuğa davamlıdır, idarəetməsi asandır və yaxşı quluqçu quşdur.Plymouth Rock Chicken The Livestock Conservancy. Archived 10 October 2016.Carol Ekarius (2007). Storey's Illustrated Guide to Poultry Breeds. North Adams, Massachusetts: Storey Publishing. .

Xüsusiyyətləri

Plimutrok cinsi idarəetməsi asan, tez lələklənən, soyuğa davamlı və yaxşı quluqçu quşdur. Tək ibiklidir və beş nöqtəsi var; ibik, qırmızı lələklər və qulaqcıqlar parlaq qırmızı rəngdədir. Ayaqları sarı və tüksüzdür. Dimdik sarı və ya buynuz rənglidir. Beli uzun və geniş, döşü isə kifayət qədər dərin olur.Janet Vorwald Dohner (2001). The Encyclopedia of Historic and Endangered Livestock and Poultry Breeds. New Haven, Connecticut; London: Yale University Press. . ABŞ-də Plimutrok cinsinin yeddi rəng növü tanınır: zolaqlı, mavi, sarı, Kolumbiya, kəklik, gümüş-qələm və ağ.APA Recognized Breeds and Varieties: As of January 1, 2012. American Poultry Association. Archived 4 November 2017. Avropa Quşçuluq və Dovşançılıq Federasiyası tərəfindən on lələk növü siyahıya alınmışdır, bunlardan beşi – zolaqlı, qara, sarı, Kolumbiya və ağ – Böyük Britaniya Quşçuluq Klubu tərəfindən tanınır.Liste des races et variétés homologuée dans les pays EE (28.04.2013). Entente Européenne d’Aviculture et de Cuniculture. Archived 16 June 2013. Avstraliyada zolaqlı variant iki ayrı rəngə bölünür: tünd zolaqlı və açıq zolaqlı.James Bishop (1998). Australian Poultry Standard, first edition. Linton, Victoria: Victorian Poultry Fanciers' Association. .

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Toyuqkimilər Kateqoriya:Yeni İngiltərə Kateqoriya:Biologiya qaralamaları Kateqoriya:Heyvan qaralamaları