Yeni Müqəddəs İohann kilsəsi () — Münxen şəhərinin Haidhausen küçəsində yerləşən Roma-Katolik kilsəsi. Kilsə Matias Berqer tərəfindən Qotika üslubunda layihələndirilib. Kilsənin qərb qülləsi 97 metr hündürlüyündədir və bu onu Münxenin üçüncü ən hündür kilsəsi edir. Tarixi XIX əsrin əvvəllərində Münxenin əhalisi İzar çayının hər iki sahilində kəskin şəkildə artdı. Haidhausenin köhnə kilsəsi artan icmanı yerləşdirmək üçün çox kiçik oldu. Buna görə də yeni, daha böyük bir kilsə tikmək qərara alındı. 1840-cı illərdə kilsənin təməl daşı qoyuldu. Yeni Müqəddəs İohann kilsəsinin tikintisi əsasən 1858-ci ilə qədər tamamlandı. Lakin qüllənin təhvil verilməsi 1870-ci ilə qədər uzandı. Beləliklə, Münhen öz üçüncü ən böyük kilsəsini qazandı.

1945-ci ildə kilsə Münhenə edilən hücumlar nəticəsində ağır ziyan gördü. Müharibədən sonra kilsə yenidən quruldu və qülləyə yeni bir şpil əlavə edildi.

Zəng qülləsi Zəng qülləsində 6 zəng var. 1869-cu ilə aid kiçik bürünc zəng (Baxmair zəng zavodu tərəfindən hazırlanmışdır) 1948-ci ildə beş tökmə polad zənglə birləşdirildi. Cümə günləri saat 15:00-da ən böyük zəng İsa Məsihin ölümünün xatirəsinə çalınır. Bu zəng həmçinin hər gün saat 12:00-da Angelus üçün çalınır. Qalereya

İstinadlar

Xarici keçidlər

Pfarrverband Haidhausen Kirchenfotos auf Flickr