Borneo nəsnası və yaxud Kalimantan nəsnası () — Nəsnas fəsiləsinə aid meymun növü.

Ümumi məlumat Pongo pygmaeus Kalimantan adasına endemik olan oranqutan növüdür. Bu Asiyaya məxsus yeganə böyük meymun cinsinə aiddir və üç Nəsnas növündən ən böyüyüdür.

Borneo nəsnası və Sumatra nəsnası təxminən 400,000 il əvvəl ayrıldı və o vaxtdan bəri aralarında davamlı, lakin aşağı səviyyəli gen axını mövcuddur. Bu iki oranqutan növü 1996-cı ilə qədər yalnız yarımnövlər hesab edilirdi. Mitoxondrial DNT-lərinin ardıcıllığının təhlilindən sonra ayrı növlər kimi tanındılar.

Pongo pygmaeusun üç yarımnövü var: Şimal-qərb Borneo nəsnası (Pongo pygmaeus pygmaeus) – Saravak (Malayziya) və şimal Qərbi Kalimantan (İndoneziya). Mərkəzi Borneo nəsnası (P. p. wurmbii) – Cənubi Qərbi Kalimantan və Mərkəzi Kalimantan (İndoneziya). Şimal-şərq Borneo nəsnası (P. p. morio) – Şərqi Kalimantan (İndoneziya) və Sabah (Malayziya).

Təsviri Pongo pygmaeus qərb qorillasından sonra üçüncü ən böyük meymundur və mövcud olan ən böyük ağacda yaşayan meymundur. Bədən çəkisi Homo sapiens ilə üst-üstə düşür, lakin insanlar ölçü baxımından daha dəyişkəndir. Sumatra nəsnası oxşar ölçüdədir, lakin orta hesabla bir qədər yüngüldür. Vəhşi təbiətdə erkəklərin orta çəkisi 75 kq, 50–100 kq arasında dəyişir və uzunluğu 1,2–1,7 metr təşkil edir. Dişilərin orta çəkisi 38,5 kq, 30–50 kq arasındadır və uzunluğu 1–1,2 metr təşkil edir. Qəfəsdə nəsnasılar 165 kq-dan çox da ola bilər. Qəfəsdə ən ağır erkək nəsnası 1959-cu ildə 13 yaşında olarkən 204 kq çəkisi olan "Endi" adlı bir fərd idi.

Ekologiyası Pongo pygmaeus Kalimantan düzənliklərinin tropik yağış meşələrində və dağlıq ərazilərdə 1,500 metr yüksəkliyə qədər olan dağ yağış meşələrində yaşayır. Bu növ ilkin və ikincil meşələrin örtüyündə yaşayır və meyvəli ağaclar tapmaq üçün böyük məsafələr qət edir.

Tarixən nəsnaslar Cənub-Şərqi Asiya və Cənubi Çin, həmçinin Yava adası və cənubi Sumatrada yayılmışdılar. Əsasən torflu bataqlıq meşələri, tropik meşələr və qarışıq dipterokarp meşələrində yaşayırlar. Ərazisi üst-üstə düşən iki-üç oranqutan qısa müddətə qarşılıqlı əlaqə qura bilər. Nəsnaslar əraziyə bağlı olmasa da, yetkin erkəklər digər erkəklərlə qarşılaşdıqda təhdid edici davranışlar nümayiş etdirir və yalnız cütləşmək üçün dişilərlə sosiallaşır. Erkək nəsnaslar arasında ən təkyaşayışlı hesab olunur. Pongo pygmaeusun vəhşi təbiətdə ömrü 35–45 il, əsarətdə isə təxminən 60 ilə qədərdir.

Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi onun qorunma statusunu "kritik təhlükə altında" olaraq qiymətləndirib.

Qalereya

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

The Borneo Orangutan Survival Foundation (BOS) Save The Orangutan Foundation World Wildlife Fund: Orangutans Orangutan Foundation International Sepilok Orang Utan Sanctuary

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya məməliləri Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Primatlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları