Ər-Risalətül-Kamiliyyə fis-sirətin-nəbəviyyə (; ), həmçinin Risalətül-Fazil ibn Natiq (; ) kimi də tanınır — İbn ən-Nəfis tərəfindən yazılmış ilk fəlsəfi roman.Muhsin Mahdi (1974), «The Theologus Autodidactus of Ibn at-Nafis by Max Meyerhof, Joseph Schacht», Journal of the American Oriental Society 94 (2), p. 232—234. Qərbdə əsər Theologus Autodidactus () adı ilə tanınır.
Bu əsər ərəb dilində yazılmış ən qədim romanlardan biri hesab olunur. O, həmçinin elmi fantastik romanın, yetkinlik dövrü hekayəsinin və "kimsəsiz ada" janrının erkən nümunələrindən hesab olunur.Dr. Abu Shadi Al-Roubi (1982), «Ibn Al-Nafis as a philosopher», Symposium on Ibn al-Nafis, Second International Conference on Islamic Medicine: Islamic Medical Organization, Kuwait (cf. Ibn al-Nafis As a Philosopher, Encyclopedia of Islamic World ) Əsər təxminən 1268–1277-ci illər arasında yazılmışdır.
Süjet
Əsərin əsas qəhrəmanı Kamil adlı gəncdir. O, uşaq vaxtından təcrid olunmuş bir mağarada, insanlardan uzaqda, tənha bir adada böyümüşdür. Daha sonra adanın sahillərində baş verən gəmi qəzası nəticəsində başqa insanlarla ünsiyyət yaradır. Bu insanlar Kamili özləri ilə birlikdə sivil dünyaya aparırlar.
Romanın süjeti Kamillə bağlı yetkinlik hekayəsini əhatə edir və əsərin kulminasiya nöqtəsində apokaliptik Qiyamət səhnələri ilə müşayiət olunan elmi-fantastik elementləri özündə birləşdirir.
Həmçinin bax Həyy ibn Yəqzan İbn ən-Nəfis
İstinadlar
Xarici keçidlər
Əsərin ingilis dilində mətni