Amatike körfəzi () — Karib dənizinin iri körfəzlərindən biri. Qvatemalanın şərq sahili boyunca və Beliz ərazisində yerləşir.
Coğrafiya
Körfəz Honduras körfəzi akvatoriyasında yerləşir, cənubda Qvatemaladakı Santo-Tomas-de-Kastilyadan başlayaraq şimalda Belizdəki Punta-Qordaya qədər uzanır və burada Karib dənizinə açılır. Körfəzin cənub-şərq sərhədləri Punta-de-Manabik adlı kiçik yarımada ilə müəyyən edilir.
Körfəz ərazisinin böyük hissəsi Qvatemalaya, şimal-qərb hissəsi isə Belizə məxsusdur. Körfəzə üç əsas çay tökülür: Belizdə yerləşən Moxo çayı, Belizlə Qvatemala arasında sərhəd təşkil edən Sarstun çayı və Qvatemaladakı Rio-Dulse çayı. Körfəzdəki əsas limanlar — Qvatemala tərəfində Puerto-Barrios, Santo-Tomas-de-Kastiliya və Livinqston, Beliz tərəfində isə Punta-Qordadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şimali Amerika körfəzləri Kateqoriya:Karib dənizinin körfəzləri Kateqoriya:Belizin su obyektləri Kateqoriya:Qvatemalanın su obyektləri