İstanbul Beynəlxalq Ədəbiyyat Festivalı - 2009-cu ildən etibarən hər il İstanbulda keçirilən beynəlxalq ədəbiyyat festivalıdır.

Festivalı Kalem Mədəniyyət Dərnəyi və Kalem Müəllif Hüquqları Agentliyi ilə birgə təşkil edir. Hər il festival üçün fərqli bir mövzu seçilir və həmin mövzu ətrafında tədbirlər təşkil olunur. Festivalın məqsədi türk yazıçı və naşirlərinin xarici nəşriyyatlar, redaktorlar, tərcüməçilər və müəlliflərlə əməkdaşlıq etməsinə imkan yaradan platforma yaratmaqdır. İlk beş ili payızda keçirilən festival 2014-cü ildən etibarən may ayında keçirilir.

İstanbul Beynəlxalq Ədəbiyyat Festivalı müxtəlif janrlara diqqət yetirərək, yazıçıları, naşirləri, ədəbi tərcüməçiləri, tənqidçiləri və jurnalistləri bir sıra ruhlandırıcı görüşlər üçün bir araya gətirir. Festival hər il müxtəlif mövzular altında 80-ə yaxın tədbirə ev sahibliyi edir. Konfranslardan panellərə, ədəbi seminarlardan tutmuş qiraətlərə qədər olan bu tədbirlər ictimaiyyət üçün açıqdır və ödənişsizdir. Məqsəd dünyanın hər yerindən, sərhədsiz incəsənət işçilərinə görüş yeri yaratmaqdır.

Çoxsaylı fəaliyyətləri ilə yanaşı, türk ədəbiyyatının xaricdə tanıtmaq, üfüqlərini genişləndirmək, onu qlobal miqyasda tanıtmaq və Türkiyədə ədəbi mühitini zənginləşdirmək üçün yeni dialoqları təşviq etmək məqsədi daşıyan təqaüd proqramı da təşkil edir. İlk dəfə 2011-ci ildə başlayan təqaüd proqramı bu günə qədər 40 ölkədən təxminən 200 nəfəri qəbul edib. 2009 İlk dəfə 2009-cu il oktyabrın 31-dən noyabrın 3-dək keçirilən festivalda 32 ölkədən 50-si əcnəbi olmaqla ümumilikdə 83 yazıçı iştirak edib. 2009 Festivalın mövzusu: "Şəhər və Zaman" Yeraltı ədəbiyyatın müasir tərcüməçisi və rus ədəbiyyatının ən mühüm simalarından biri olan Vladimir Makanin; 2009-cu ildə əsərləri aylarla bestsellerlər siyahısında qalan amerikalı yazıçı Adam Faver; və dünyanın ən mühüm feminist və aktivist simalarından biri hesab edilən misirli yazıçı Nəval əs-Sədavi 2009-cu ildə festivalda iştirak edən görkəmli adlardan yalnız bir neçəsidir. 2009-cu ildə festivalda iştirak edən yazıçılar:

Abdelhay Moudden Adam Faver Adela Greceanu Adisa Bašić Aleksandra Dimitrova Aleq Popov Alev Aksoy Croutier Alina Reyes Anahit Hayrapetyan Andrey Blatnik Andrew Miller Aslı Tohumcu Ayfer Tunç Barış Müstecaplıoğlu Bernardo Atxaga Berrin Karakaş Can Eryümlü Carme Riera Christos Chryssopoulos Clare Azzopardi Claudiu Komartin Cristina Fernandez Cubas İlxan Çilər Dan Lungu Deniz Kavukçuoğlu Diana Ferrus Efe Duyan Fırat Ceweri Frank Westerman

Geert Mak Gökçenur Ç. Gonca Özmen Gönül Kıvılcım Gül İrepoğlu Gündüz Vassaf Hakan Günday Hakan Yel Hallgrimur Helgason Hande Altaylı Hava Pinchas Cohen Igor Isakovski Ingo Schulze Ivan Hristov Jaklin Çelik Jessica Lutz Kang Sok Kyong Karin Karakaşlı Katerina Iliopoulou Kürşat Başar Lasana Sekou Liz Behmoaras Lyudmila Filipova Mario Levi Maureen Freely Marko Pogačar

Mehmet Açar Milan Dobričić Mima Simić Mine Kırıkkanat Mine Söğüt Mirt Komel Nəval əs-Sədavi Netalie Braun Norman Manea Olqa Tokarçuk Ognjen Spahic Olivier Rolin Owen Martell Owen Matthews Peter Pistanek Petr Borkovec Raqıb Zarakolu Raman Mundair Reha Çamuroğlu Serdar Özkan Sema Kaygusuz Shimon Adaf Shimon Adaf Solmaz Kamuran Tuna Kiremitçi Shimon Adaf Uri Hollander Valter Hugo Mãe Yaprak Öz.

İstinadlar

Kateqoriya:Festivallar Kateqoriya:Mədəniyyət festivalları