Kinosternon integrum (Meksika palçıq tısbağası)Liner, Ernest A. and Gustavo Casas-Andreu. 2008. Standard Spanish, English and scientific names of the amphibians and reptiles of Mexico. Society for the Study Amphibians and Reptiles. Herpetological Circular 38: iv, 162 pp. (page 157) — Kinosternidae fəsiləsinə aid olan bir palçıq tısbağası növü. Meksikaya endemik olan bu növ rütubətli mühitlərdə, məsələn, dayaz gölməçələrdə, göllərdə, çaylarda və ya orta temp. tropik meşə ərazilərində yaşayır.

Yayılması

Meksikada Aqvaskalyentes, Kolima, Durango, Quanaxuato, Gerrero, İdalqo, Xalisko, Miçoakan, Meksiko, Morelos, Nayarit, Oaxaka, Puebla, Keretaro, San Luis Potosi, Sinaloa, Sonora, Tamaulipas və Sakatekas ştatlarında rast gəlinir.

Qidalanma

Meksika palçıq tısbağaları hər şey yeyəndir. Qida rasionuna daxil olan bitkilərə filamentli yosunlar, ot toxumları, quava toxumları və s. daxildir. Yeyilən heyvanlara isə qarışqalar, eşşək arıları, arılar və s. daxildir. Məlum olub ki, quraq mövsümlərdə dişilər erkəklərdən daha çox bitki maddəsi ilə qidalanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1854-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Kinosternon