Əbu Haşim Əbdüssəlam ibn Məhəmməd ibn Əbdülvəhhab əl-Cübbəi (; ) — Behşəmiyyə firqəsinin rəhbəri və Mötəzilə imamlarından biri. "Əhvəl" adlı kəlam nəzəriyyəsinin banisi.

Bioqrafiyası Mötəzilənin ən görkəmli şəxslərindən biri olan Əbu Əli əl-Cübbəinin oğludur. Atası kimi onun da nisbəsi "Cübbəi"dir.

Atasından və dövrünün məşhur alimlərindən dərs aldı. Ərəb ədəbiyyatını Mübərrəddən öyrəndi. Qısa zamanda böyük alim kimi şöhrət qazandı və xüsusilə kəlam mövzularındakı biliyi sayəsində mötəzilənin böyük imamları arasında yer aldı. Məzhəbin doqquzuncu təbəqəsindəki alimlərin nəzərinə görə yaşı kiçik olmasına baxmayaraq bu təbəqəyə daxil olmağı bacardı. Bu dövrdə dərs yoldaşı Əbül-Həsən əl-Əşəri ilə də kəlam mövzularında debatlar etdiyi məlumdur.

Əbu Haşim atasının vəfatından sonra 926-cı ildə Bağdada getdi. Burada bir tərəfdən əsərlər qələmə almaqla məşğul olur, digər tərəfdən isə elmi araşdırmalar və tələbə yetişdirmə işini davam etdirirdi.

Bağdadda vəfat etdi, Xeyzuran və ya Bostan qəbiristanlığında dəfn olundu.

Əsərləri Onun 160 əsərin müəllifi olduğu deyilir. Lakin onlardan heç biri dövrümüzə qədər gəlib çatmamışdır. Onun mənbələrdə adı çəkilən əsərlərindən bəziləri bunlardır: "Cəmiul-kəbir", "əl-Cəmius-səğir", "əl-Əbvabül-kəbir", "əl-Əbvabüs-səğir", "əl-Əskəriyyat" və s.

İstinadlar