Əfqan Sabir oğlu Muxtarlı () — Azərbaycan jurnalisti, ictimai fəalı və hüquq müdafiəçisi.
Fəaliyyəti Muxtarlı "Yeni Müsavat" qəzetində çalışmış, "Meydan TV" müstəqil xəbər agentliyi, "Institute for War and Peace Reporting" (IWPR) və "Organized Crime and Corruption Reporting Project" (OCCRP) ilə əməkdaşlıq etmişdir. Onun yazılarının əsas mövzusu Azərbaycanda korrupsiya halları olmuşdur.
2015-ci ildən Muxtarlı həyat yoldaşı, jurnalist Leyla Mustafayevanın müşayiəti ilə Gürcüstanda könüllü sürgündə yaşamışdır. Bu addım Azərbaycandakı peşə fəaliyyətinə görə qarşılaşdığı təhdidlər nəticəsində atılmışdır.
Qaçırılması və həbsi 29 may 2017-ci ild Muxtarlı Tbilisidə qaçırılmış, bir gün sonra isə Azərbaycanda həbs edilmişdir. Müstəqil araşdırmaçı jurnalist Xədicə İsmayılovanın "Facebook" üzərindən paylaşdığı məlumata görə, o, saxlanılmadan öncə Azərbaycan elitasının Gürcüstandakı əmlakını araşdırırdı.
12 yanvar 2018-ci ildə Afaqan Muxtarlı valyuta qaçaqmalçılığı, dövlət sərhədini qanunsuz keçmə və polisə müqavimət göstərmə ittihamları ilə altı il azadlıqdan məhrum edilmişdir."On the Sentencing of Afgan Mukhtarli" , U. S. State Department, 12. Januar 2018. Abfragedatum: 3. Mai 2018. Onun qaçırılması, həbsi və sonrakı məhkəmə hökmü bir sıra xarici diplomatik qurumlar və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən kəskin şəkildə pislənmişdir. Onun oğurlanması, həbsi və sonrakı hökmü bir sıra xarici missiyalar və insan hüquqları təşkilatları tərəfindən qətiyyətlə pislənmişdir. "Amnesty International" təşkilatı Muxtarlını "vicdan məhbusu" elan etmişdir.
Artan beynəlxalq təzyiqlər, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılmış iş fonunda 17 mart 2020-ci ildə o, azadlığa buraxılaraq Almaniyaya göndərilmişdir. Bu müddətdə həyat yoldaşı da həmin ölkəyə köçmüşdü.
Mükafatları Əfqan Muxtarlı 2017-ci ilin sentyabrında Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təsis etdiyi Pavel Şeremet adına Jurnalistika Mükafatına layiq görülmüşdür."Afgan Mukhtarli Becomes the Winner of the EaP CSF Pavel Sheremet Journalism Award 2017" , Pressemitteilung des Eastern Partnership Civil Society Forum, 29. September 2017. Abfragedatum: 25. November 2017.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycan mühacirləri Kateqoriya:Azərbaycandan Almaniyaya mühacirət edənlər