Alim Bayel (16 yanvar 1984, Cambul vilayəti, Qazaxıstan) — qazax diplomatı, Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən).
Bioqrafiyası Alim Bayel 1984-cü ildə Qazaxstanın Taraz şəhərində anadan olub. Ankarada Orta Doğu Texniki Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib. Magistr dərəcəsini Corc Vaşinqton Universitetinin (ABŞ) dövlət idarəçiliyi fakültəsindən alıb. Qazaxstanın Bolaşak proqramının məzunudur. 2019-cu ildə Qazaxıstan Prezidenti Gənc Kadr Ehtiyatına daxil olub.
Alim Bayel ingilis, rus, türk və azərbaycan dillərini mükəmməl bilir, ərəbcə də danışır. O, Türk xalqları və İslam dünyası üzrə ekspertdir.
Ailəlidir, iki övladı var.
Karyerası Müxtəlif illər ərzində Alim Bayel Qazaxıstan prezidenti Q. Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərdə tərcüməçi kimi fəaliyyət göstərib.
2012-2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında ekspert kimi çalışıb.
2014-2015-ci illərdə — Beynəlxalq Türk Akademiyasının Beynəlxalq Əlaqələr mərkəzinin direktoru olub.Алим Байель назначен Генеральным консулом Казахстана в Стамбуле.
2016-cı ildə — Qazaxıstan Dövlət İşləri Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində işləyib.
2016-2018-ci illərdə - Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və Strateji inkişaf şöbəsinin müdiri vəzifələrində çalışıb.
2018–2020 — Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi.
2020-ci ilin martından 2023-cü ilin aprelinə qədər – Qazaxıstanın İstanbuldakı baş konsulu işləyib.
2022-ci ildə ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alıb.
18 aprel 2023-cü ildə Qazaxıstanın Azərbaycandakı səfiri təyin olunub.Указом Главы государства Байел Алим Дауренович назначен Чрезвычайным и Полномочным Послом Республики Казахстан в Азербайджанской Республике Diplomat ölkəsinin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirib: "Qazaxıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu belə də olmalıdır". Səfir Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayır.Alim Bayel: Qazaxıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib
Həmçinin bax
Qazaxıstanın Azərbaycandakı səfirliyi
İstinadlar
Xarici keçidlər Embassy of the Republic of Kazakhstan in the Republic of Azerbaijan Embassy of the Republic of Azerbaijan in the Republic of Kazakhstan Профиль на сайте посольства Казахстана в Азербайджане
Kateqoriya:Qazaxıstanın xarici siyasəti Kateqoriya:Qazaxıstanın ikitərəfli əlaqələri Kateqoriya:Qazaxıstan səfirləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri