Corca Elis Smit () — İngiltərə müğənnisi. On bir yaşından etibarən musiqi əsərləri müəllifidir. 2012-ci ildə həmyaşıdı onun kaver etdiyi "Earthquake" ("Labrinth" mahnısı) əsərini "YouTube" platformasına yerləşdirmişdir. Həmin səsyazma səbəbindən musiqi prodüseri Q. Mut onu aşkar etmişdir. İlk iki musiqi nümunəsi ictimai marağa səbəb olduqdan sonra 2016-cı ilin birinci rübündə "Sony/ATV" şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. 2016–2017-ci illərdə iki minialbom ("EP") buraxmışdır.
Sənətçinin "Lost & Found" () adlı ilk studiya albomu 2018-ci ildə işıq üzü görmüşdür. Həmin albom Britaniya musiqi hit-paradında üçüncü pillədə qərarlaşmışdır. İfaçı 2018-ci ildə "Brit Critics' Choice" mükafatını qazanmışdır. 2019-cu ildə "Brit Awards" tədbirində "Ən yaxşı britaniyalı qadın ifaçı" nominasiyası üzrə qalib olmuş, "Qremmi" mükafatının "İlin yeni ifaçısı" nominasiyasına təqdim edilmişdir. 2021-ci ilin may ayında buraxılmış "Be Right Back" () adlı üçüncü minialbomu müsbət dəyərləndirilmişdir.
Erkən illəri İfaçının atası Yamayka, anası İngiltərə mənşəlidir. Atası Piter sosial təminat sahəsində məmur vəzifəsində çalışmış, həmçinin övladı dünyaya gəlməmişdən əvvəl "2nd Naicha" adlı neo-soul qrupunun üzvü olmuşdur. Anası Colin zərgərlik məmulatları dizayneridir. Lukas adlı kiçik qardaşı vardır. "Derbi Kaunti" futbol komandasının oyunçusu Kemar Rufun kuzenidir.
O, səkkiz yaşında atası ilə razılaşaraq fortepiano təhsili almağa başlamışdır. Oldric məktəbində musiqi təqaüdünə layiq görülmüş, burada qoboy aləti və akademik vokal təhsili almış, sonradan A-səviyyəli imtahanlarında musiqi fənnini seçmişdir. On beş yaşında "YouTube" platformasında yerləşdirdiyi ifa nümunələrindən sonra prodüserin diqqətini cəlb etmişdir. Təhsil dövründə Mevirik Seybr və Ed Tomas ilə birgə London şəhərində musiqi yazılışlarında iştirak etmişdir. On səkkiz yaşında təhsilini başa vurduqdan sonra Londona köçmüş, kafedə işləmiş və bəstəkarlıq fəaliyyətini davam etdirmişdir.
Təsirlər Corca Smit uşaq yaşlarından reqqi, pank, hip-hop və R&B janrlarında musiqilərə dinləyici olmuşdur. 11 yaşında ilk musiqisini bəstələmişdir. Emi Uaynhausun 2003-cü il "Frank" adlı ilk albomu onun yaradıcılığına əhəmiyyətli təsir göstərmişdir. Uaynhausun mahnı yazma tərzindən təsirlənmişdir. C. Smitin mahnılarının əsas mövzusu sosial məsələlərdir. O bildirir ki, musiqiçinin cəmiyyətdə baş verən hadisələrə münasibət bildirməsi və dinləyicinin diqqətini bu məsələlərə cəlb etməsi əhəmiyyətlidir. Yaradıcılığında Lorin Hill, Adel, Emi Uaynhaus, Şade, Nina Simone, Alişa Kiz, Mos Def və "The Streets" kimi musiqiçilərin təsiri müşahidə olunur. Üslub baxımından Rihanna onun üçün nümunə təşkil edir.
Diskoqrafiya Studiya albomları Lost & Found (2018) Falling or Flying (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə müğənniləri