Vito Arucau — (; doğum adı: Vitali Orucov; ) — ABŞ-ni təmsil edən güləşçi.
Karyerası 10 yaşından atasının rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb.
2016-cı ildə Tbilisidə keçirilmiş 17 yaşlılar arasında dünya çempionatında gümüş medal qazanıb. İki il sonra eyni nəticəni Tallində baş tutmuş 20 yaşlılar arasında dünya çempionatında təkrarlayıb.
2021 və 2023-cü illərdə Pan Amerika Oyunlarının qalibi olub. 2023-cü ildə, həmçinin, dünya çempionatında qızıl medala yiyələnib.
2024-cü ildə Tiranadə təşkil olunmuş dünya çempionatında bürünc medal qazanıb.
Şəxsi həyatı Vito Orucov 1 iyun 1999-cu ildə, əslən Azərbaycandan olan güləşçi Vüqar Orucov ilə əslən Belarusdan olan baydarkaçı Janna Sarnavskayanın ailəsində, Qomel şəhərində anadan olub. Onun, Nəriman (Nik) və Corc adlarında iki qardaşı var. 1999-cu ildə Vitonun anası Janna "Green Card" lotereyasının qalibi olub və onlar ailəlikcə Kaliforniya ştatına köçüblər.
2015-ci ildə Kornell Universitetinə qəbul olub.
İstinadlar
Xarici keçidlər Vito Arucau Whatsmat.uww.org saytında
Kateqoriya:ABŞ güləşçiləri Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:ABŞ azərbaycanlıları