Sceloporus magister — Həmçinin "səhra tikanlı kərtənkələsi" kimi tanınan, Phrynosomatidae fəsiləsinə aid olan və Şimali Amerikanın Çiuaua və Sonora səhralarına məxsus bir kərtənkələ növü.

Coğrafi yayılma

ABŞ-də Arizona, Kaliforniya, Texas, Nyu-Meksiko, Nevada və Yuta ştatlarında rast gəlinir. Həmçinin Meksikanın Sonora, Aşağı Kaliforniya, Çiuaua, Koauila və Duranqo ştatlarında yayılmışdır.

Təsvir

Yetkin "Sceloporus magister" kərtənkələləri adətən qarın və boğaz hissələrində gözə çarpan mavi/bənövşəyi ləkələrə və quyruq və yan tərəflərində yaşıl/mavi rəngə malikdir."Lizards" 28. Science Reference Center Dişilər və cavan fərdlər isə bel və qarın hissələrində böyük tünd ləkələrə malikdir və mavi/bənövşəyi və yaşıl/mavi rənglər yoxdur. Hər iki cinsin çiyinlərində qəhvəyi/sarı üçbucaq şəkilli ləkələr var. Dişi səhra dikənli kərtənkələsi yay aylarında 4 ilə 24 arasında yumurta qoya bilir. Tam yetişmiş bir səhra dikənli kərtənkələsinin bədən uzunluğu 5,6 düymə qədər çata bilir. Parlaq rənglərindən əlavə, səhra dikənli kərtənkələsi qış aylarında daha tünd rənglərə çevrilir ki, bu da onların günəşdən daha çox istilik udmasına imkan verir. Yay aylarında isə daha açıq rənglərə çevrilərək günəş radiasiyasını əks etdirir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1854-cü ildə təsvir edilən sürünənlər