Maykl Kosterlits () — İngilis və Amerika fiziki, Braun Universitetinin fizika professoru. Fizika üzrə Nobel mükafatı laureatı (2016il)Понятов А. Топологический взгляд на фазовые переходы // Наука и жизнь. — 2016. — № 12. — С. 8–12. — ISSN 0028–1263. — URL: http://www.nkj.ru/archive/articles/30095/ Архивная копия от 8 января 2017 на Wayback Machine.

Həyat yolu Maykl Kosterlits 22 iyun 1943-cü ildə Aberdində anadan olub. Некролог Ханса Костерлица. Дата обращения: 8 апреля 2019. Архивировано 8 апреля 2019 года. O, 1969-cu ildə Kembric Universitetində bakalavr və magistrdərəcəsini bitirdikdən sonra, Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini almışdır. Birminhem Universitetində Devid Taules ilə işləmək və Kornell Universitetində təcrübə də daxil olmaqla bir neçə postdoktoral vəzifələrdən sonra o, 1974-cü ildə Birminhem Universitetində heyətin daimi üzvü olmuşdur. 1982-ci ildən Braun Universitetində fizika professorudur.

Elmi fəaliyyəti M. Kosterlits qatılaşdırılmış maddə fizikası və statistik mexanika üzrə əsərlərin, xüsusən də faza keçidlərinin və kritik dinamikanın tədqiqatlarının müəllifidir. 1970-ci illərin əvvəllərində Devid Taules ilə birlikdə o, ikiölçülü sistemlərdə faza keçidləri nəzəriyyəsini işləyib hazırladı, ona görə aşağı temperaturda belə sistemlərdə burulğanlar adlanan özünəməxsus topoloji pozğunluqlar mövcuddur. Belə burulğanların məhv edilməsi ilə əlaqəli faza keçidi Berezinski-Kosterlits-Taules keçidi kimi tanınır. 1970-ci illərin sonunda belə bir keçidin mövcudluğu həddindən artıq maye heliumda eksperimental olaraq təsdiqləndi; oxşar prosesləri superkeçirici və maqnit materialların nazik təbəqələrində də müşahidə etmək olar.

Mükafatları 1981-ci ildə -Maksvell medalı;

1993-cü ildə -Amerika Fizika Cəmiyyətinin üzvü;

2000-ci ildə -Onsager Mükafatı;

2016-cı ildə -Fizika üzrə Nobel Mükafatı;

2017-ci ildə -ABŞ Milli Elmlər Akademiyasının üzvü J. Michael Kosterlitz Архивная копия от 24 марта 2019 на Wayback Machine (англ.);

İstinadlar

Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Britaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Amerikalılar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Şotlandiya fizikləri Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Yəhudi ateistlər