Odontophorus hyperythrus (Şabalıdı meşə bildirçini) — "Odontophoridae" fəsiləsinə aid olan, "Yeni Dünya" bildirçin növü. Yalnız Kolumbiya da rast gəlinir.
Təsvir
Şabalıdı meşə bildirçini 25-29 sm uzunluğundadır. Erkək fərdlərin çəkisi 325-380 qram, dişi fərdlərin çəkisi isə 325-330 qramdır. Hər iki cinsin göz ətrafında boz-ağ lələklər var, lakin dişi fərdlərdə bu lələklər daha geniş yayılmışdır. Erkək fərdlərin başı şabalıdı, beli, quyruğu və qanadları qəhvəyi rəngdədir. Quyruq hissəsində incə qara xətlər var. Boğaz və alt hissələr qırmızımtıldır. Dişi fərdlərin başının üst hissəsi tünd qəhvəyi, döş və qarın hissələri isə tünd bozdur. Cavan fərdlər dişi fərdlərə bənzəyir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1858-ci ildə təsvir edilən quşlar Kateqoriya:Cənubi Amerika quşları