Lixtenşteyn Sədaqət Assosiasiyası (, HVL) — İkinci Dünya müharibəsi zamanı Lixtenşteyndə qeyri-partiya təşkilatı. Təşkilat Lixtenşteyndə Alman Milli Hərəkatına (VBDL) qarşı çıxmaq və Lixtenşteynin müstəqilliyini qorumaq məqsədi ilə yaradılmışdır.

Tarixi Assosiasiya 24 yanvar 1939-cu ildə sahibkar Emanuel Konradın rəhbərliyi ilə 21 nəfərlik qrup tərəfindən təsis edilmişdir. Bu qrup Lixtenşteyndə Alman Milli Hərəkatının nasist fəaliyyətlərinə qarşı çıxmaq üçün təşkilat komitəsi yaratmışdır.

24 mart 1939-cu ildə VBDL-nin çevriliş cəhdindən sonra assosasiya Lixtenşteynin müstəqilliyini yenidən təsdiqləmək, knyaz II Frans İosifə sədaqət və ölkənin İsveçrə ilə siyasi-iqtisadi bağlılığını davam etdirmək üçün imza kampaniyası başlatmışdır. Bu kampaniyaya Lixtenşteyndə 2492 nəfər qoşulmuşdur. 1940-cı ilin iyul ayından etibarən Riçard Meyerin rəhbərliyi altında fəaliyyət göstərən assosasiya Alfons Qopun rəhbərliyi ilə yenidən formalaşan VBDL-nin fəaliyyətlərinə qarşı ayıq-sayıq mövqe tutmuşdur.

Təşkilat 1945-ci ildə nasist Almaniyasından təhlükə aradan qalxdıqdan və VBDL ləğv edildikdən sonra səssizcə buraxılmışdır.

İstinadlar

Kateqoriya:Lixtenşteyndə siyasi təşkilatlar Kateqoriya:Antifaşist hərəkatlar və təşkilatları