Lixtenşteyndə Proqressiv Vətəndaş Partiyası (, FBP) — Lixtenşteyndə sağçı xristian-demokratik mühafizəkar siyasi partiya.
Tarixi Partiya 1918-ci ilin aprelində Xristian-Sosial Xalq Partiyasının yaranmasına mühafizəkar cavab olaraq təsis edilmişdir.Vincent E McHale (1983) Political parties of Europe, Greenwood Press, p609 Bu təşəbbüs ruhani sinif, kəndlilər və ticarət təbəqələri tərəfindən dəstəklənmişdir.Nohlen, D & Stöver, P (2010) Elections in Europe: A data handbook, p1182 1928–1970-ci, 1974–1978-ci, 1993-cü və 2001–2005-ci illərdə partiya Landtaqda mütləq çoxluğa malik olmuş və təkpartiyalı hökumətlər formalaşdırmışdır. 2003-cü ildə baş nazir Otmar Haslerin rəhbərliyi ilə partiya knyazın səlahiyyətlərinin genişləndirilməsini dəstəkləyən referendumda iştirak etmişdir. 2005-ci ildə PQP parlamentdə çoxluğu itirmiş və Vətənpərvər İttifaq ilə koalisiya yaratmağa məcbur olmuşdur. 2009-cu il seçkilərində Vətənpərvər İttifaq qələbə qazanmışdır. 2013-cü il seçkilərində partiya parlamentdə liderliyi geri qaytararaq 10 mandat əldə etmişdir. 2013-cü ilin yazında hökumət yaratmaq üçün koalisiyanın aparıcı partiyası olmuşdur. Baş nazir postuna namizəd kimi Adrian Hasler irəli sürülmüşdür.
2009-cu il seçkilərinin nəticələrinə görə, partiya 2009–2013-cü illərdə Lixtenşteyn parlamentində 25 nəfərdən 11 nümayəndəyə malik olmuş və Vətənpərvər İttifaqla koalisiya hökumətində təmsil olunmuşdur.
2013-cü il seçkilərinin nəticələrinə görə, partiya Lixtenşteyn parlamentində 25 nəfərdən 10 nümayəndəyə malik idi. 2013-cü ilin mart ayının sonunda bu partiyanın nümayəndəsi Adrian Hasler Lixtenşteynin yeni hökumətini başında olmuşdur.
2017-ci il seçkilərinin nəticələrinə görə, partiya Lixtenşteyn parlamentində 25 nəfərdən 9 nümayəndəyə malikdir.
2021-ci il seçkilərinin nəticələrinə görə, partiya Lixtenşteyn parlamentində 25 nəfərdən 10 nümayəndəyə malikdir.
İstinadlar
Xarici keçidlər Официальный сайт
Kateqoriya:Lixtenşteyndəki siyasi partiyalar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Sosial mühafizəkar partiyalar Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:Katolik siyasi partiyaları