Ülvi Məmmədov (d. 12 fevral 1999 Sumqayıt , Azərbaycan) — Azərbaycanlı karateçi, Şotokan karate üzrə üzrə dünya və avropa çempionatlarının qalibi və mükafatçısı, 2-ci dan qara kəmər sahibi.
O, dünya çempionatının qalibi , gümüş və bürünc medalçısı, Avropa çempionu, həmçinin dünya və Avropa çempionatlarının müxtəlif dərəcəli mükafatçısı olmuşdur. Bununla yanaşı, o, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, həmçinin Azərbaycan çempionatının çoxqat qalibidir.
Həyatı Ülvi Razim oğlu Məmmədov 10 fevral 1999-cu ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən idmana maraq göstərmiş, xüsusilə də döyüş növlərinə meyil etmişdir. Erkən yaşlarından karate ilə məşğul olmağa başlamışdır. Gənc yaşlarından beynəlxalq turnirlərdə çıxış edərək uğurlar qazanmış, Azərbaycanı təmsil etmişdir.
Karyerası
2019-cu ildə Makedoniyada keçirilən Avropa çempionatında böyüklər arasında bürünc medala sahib olub.
2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan karate-do üzrə 25-ci Avropa çempionatında böyüklər arasında bürünc medala sahib olub.
2021-ci ildə Türkiyənin İstanbul şəhərində 29 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında böyüklər arasında gümüş medala sahib olub.
2022-ci ildə Qırğızıstanda Asiya çempionatında böyüklər arasında gümüş medala sahib olub.
2022-ci ildə Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə keçirilən 12-ci dünya çempionatında böyüklər arasında 84 kiloqram çəki dərəcəsində keçirdiyi 4 döyüşün hamısını qələbə ilə başa vuraraq, dünya çempionu olub.
2023-cü ildə Yunanıstanın Afina şəhərində Dünya Şotokan Karate Birliyinin (SKDUN) təşkilatçılığı ilə keçirilən Dünya çempionatında böyüklər arasında 84 kiloqram çəki dərəcəsində bürünc sahib olub.
2023-cü ilin aprelində Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatında 84 kiloqram çəki dərəcəsində keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vurub. O finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli bolqar idmançı ilə qarşılaşan Azərbaycan təmsilçisi görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.
2023-cü ilin iyununda Gürcüstanın Batumi şəhərində keçirilən karate üzrə açıq beynəlxalq turnirdə 84 kiloqram çəki dərəcəsində keçirdiyi iki döyüşün hər birini qələbə ilə başa vuraraq qalib olub. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.
2025-ci ildə Rumıniyanın Tarqu Mureş şəhərində keçirilmiş 15-ci Avropa Karate Çempionatında gümüş medal qazanıb.
Mükafatları Yüksək idman nəticələrinə görə Dünya Fudokan Federasiyası tərəfindən 2022-ci ildə Azərbaycanda “İlin idmançısı” fəxri adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Ülvi Məmmədov — Flickr səhifəsi
Kateqoriya:Azərbaycan karateçiləri