Barselonanın Əsas Sinaqoqu (Sinagoga Major de Barcelona) — İspaniyanın Kataloniya muxtar regionunda, Barselona şəhərinin mərkəzində, yəhudi məhəlləsində yerləşən tarixi sinaqoq. İspaniyanın ən qədim, Avropada isə qədim sinaqoqlarından biri hesab olunur.http://www.njjewishnews.com/njjn.com/091808/ltBarcelona.html Por Curt Leviant y Erika Pfeifer Leviant. New Jersey Jewish Newshttp://fr.jpost.com/servlet/Satellite?cid=1157913627107&pagename=JPost/JPArticle/ShowFull The Golden Age returns. Por Marisa Katz, Jerusalem Post İspan yəhudilərinin lideri kimi tanınmış Şlomo ben Aderet (Raşba (El Rashb"a)) XIII əsrin sonlarında 50 il Əsas Sinaqoqun ravvini kimi xidmət etmişdir.http://www.hadassahmagazine.org/2006/03/11/jewish-traveler-barcelona/ The Jewish Traveler: Barcelona. Furmansky Dyana Z. March 2006. Hadassah Magazine.Barcelona. https://jewisheritage.org/routes/barcelona-sites European Jewish Heritage. 2023-01-28 Sinaqoq binası uzun illər başqa məqsədlər üçün istifadə edildikdən sonra 2002-ci ildə katalon tarixçisi Hayme Riera i Sansın (Jaume Riera i Sans) böyük səyi nəticəsində bir vaxtlar vergi yığanların marşrutu və “Talmud” təlimatlarına əsasən sinaqoq binasının necə inşa olunmasına dair qədim sənədlər əsasında onun yerini dəqiqləşdirdikdən sonra yenidən muzey kimi istifadəyə verilmişdir.

Sinaqoq hazırda gündəlik dualar üçün açıq deyil, lakin yəhudi icmasının Bar Mitzva , Bat Mitzva, toy (xupa) və kadiş (Talmudda Allahın adını və Onun qüdrətinin müqəddəsliyini tərifləyən dua) mərasimlərini qeyd etmək üçün istifadə olunur. Yerləşdiyi məkan Əsas Sinaqoq Marlet küçəsi ilə l’Arc de Sant Ramon del Call arasında, indiki Plaza de Manuel Ribe meydanı ilə Sant Domènec del Call küçələri arasındakı ərazidə yerləşir. Carniceria və ya Calle de la Synagogue Mayor kimi tanınan bu ərazi vaxtılə yəhudi məhəlləsindəki ən əhəmiyyətli küçə olmuşdur.Adjuntment de Barcelona. «La traza Judía Medieval en la ciudad actual.» https://ajuntament.barcelona.cat/es/

Tarixi Binanın təməli Roma imperiyası dövründə qoyulmuşdur, III və ya IV əsrlərə aid olduğu deyilir, lakin məhz sinaqoq üçün tikildiyi sübut olunmamışdır. Binanın konstruksiyası XIII əsrdə əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Bəzi tikililər erkən orta əsrlərdə, yuxarı mərtəbələr isə XVII əsrdə əlavə olunmuşdur.http://www.calldebarcelona.org/ingles/earque3.html Medieval Era January 24, 2016. Associació Call de Barcelona. O da məlumdur ki, orta əsrlərdə Barselonada bir neçə sinaqoq olmuşdur – Sinagoga de los Franceses (Fransızların Sinaqoqu), Sinagoga de’n Massot (Kiçik Sinaqoq) və Sinagoga Major (Əsas Sinaqoq). Əsas Sinaqoq, şübhəsiz ki, ən yaxılıqda olanı idi.The former Major Synagogue of Barcelona. 2006. P.2 Araqon kral I Xayme (King Jaume) 1263-cü ildə Barselonada baş vermiş münaqişələrdən sonra sinaqoqu ziyarət etmiş və 1267-ci ildə onun üst mərtəbəsinin artırılmasına icazə vermişdir.Avneri Zvi, Haim Beinart, Yom Tov Assis. Fred Skolnik, Encyclopaedia Judaica. Barcelona, 2nd edition, 2007. Thomson Gale. Volume 3. Farmington Hills, Mich. ISBN 978-0-02-865931-2. Pages:143

Barselona yəhudi icmasının (Call Jueu) tarixində ən qanlı gün 1391-ci il avqustun 5-də Müqəddəs Dominik bayramı günü baş vermişdir. Həmin il bütün İspaniyada antisemit üsyanları baş vermişdir. Bu baxımdan, sonradan küçəni Sant Domenec adlandırmışlar. Bundan sonra bina da daxil olmaqla yəhudi icmasının bütün əmlakı kralın mülkü elan edilmişdir.The former Major Sinagogue of Barcelona. Current Shlomo ben Adret 2006. P.1-2

Birinci otaq

Sinaqoqun vestibülündə qapıdan içəri keçib pilləkənlərlə endikdən sonra Roma dövrünə aid döşəmənin indiki küçə səviyyəsindən az qala iki metr aşağıda olduğu görünür. Pilləkənlərin altında şəhərin təməli qoyulduqdan sonra ilk əsrlərdə tikilmiş, həmçinin XIII əsrin divarlarının dayandığı ictimai bina növü olan Opus africanum (Karfagen və Qədim Roma memarlığında istifadə edilən kərpic hörgü forması) tikilisini görürük. Şüşə konstruksiya altında Opusla eyni dövrə aid daha bir divar yerləşir. Bu, tikilinin üst hissəni təşkil edir və orijinal binanın sərhədlərini təyin edir. Daha sonra, birinci otaqda öz dövrünə görə yaxşı tanınmış d'Arguens ailəsinə məxsus 1477-ci ilə aid rəngləri çökdürmək üçün istifadə etdikləri çənlərin yerini görmək mümkündür. D'Arguens ailəsinin gizlində yəhudi oldquları aşkar edildikdən sonra onlar Fransaya qaçmalı olmuşlar. Barselona inkvizisiyası ailəni evdə tapmadıqda, onların müqəvvasını düzəldib tonqalda yandırmışlar.ACB. The former Major Synagogue of Barcelona. Current Shlomo ben Adret. 2006. P:7

Bir çox sənədlərdə qeyd edildiyi kimi bura gələnlər bütün növ əməliyyatları (ianələr, miraslar) aparmaq üçün oturacaqlara sahib olmağa icazə verilən yeganə sinaqoq olmuşdur. Oturacaqların dəqiq harada yerləşəcəyini sahibinin statusu müəyyən etmişdir. Məsələn, cəmiyyətin yüksək rütbəli üzvləri daha yaxşı oturacaqlara sahib olmuşlar.

Divardakı çuxurdan bir pillə aşağı düşərək ikinci otağa daxil olmaq mümkündür.Sinagoga Mayor de Barcelona. https://www.sinagogamayor.com/es/sinagoga

İkinci otaq

Binanın ilk girişi (hazırda mövcud deyil) konstruksiyanın şimal-qərbində olmuşdur. İçəri girdikdə cənub-şərq divarında ziyarətçiləri əbədi müqəddəs şəhərə, Yerusəlimə açlan iki böyük pəncərə görünür. Pəncərələrin arasında Tövratın (Beşkitab) əlyazma vərəqlərinin saxlandığı Müqəddəs Ruhun və ya Harunun sandığı qoyulmuşdur. Tövratın orijinal səhifələri silindr formasında bükülərək sandıqda saxlanılırdı. Arxa tərəfdə Mayorka adasından olan rəssam Ferran Aqilonun (1957) əcdadlarının xatirəsinə bağışladığı dəmirdən hazırladığı menora nümayiş etdirilir. Bu otağı əhatə edən divarlar XIII-XVII əsrlərə, anbar isə XVII əsrə aid edilir. Köhnə Carrer de les Dones küçəsinə baxan pəncərənin altında Roma imperiyası dövrünün sonlarına aid divarların izlərini görmək mümkündür. Pəncərə Yerusəlimə baxan istiqamətdə quraşdırıldığından, buranın hələ o dövrdən artıq sinaqoq ərazisinə aid olduğunu deməyə əsas verir.The former Major Sinagogue of Barcelona. Current Shlomo ben Adret 2006. P.11

Sinaqoqun xarici görünüşü

1987-ci ildə Tarixçi Migel Yaffa (Miguel Iaffa) binanın hazırda yerləşdiyi ərazinin xarici görünüşünü yoxlamış və onun hələ də Tosefta (yəhudi hüquq qaydalarının təlimat toplusu) tələblərinə uyğun olaraq fasadlardan birinin Qüdsə (Yerusəlim) baxmalı və mütləq Müqəddəs Şəhərə tərəf işıq düşən iki böyük pəncərəsi olduğunu aşkar etmişdir.Sefarad Magazine.№XX.Year 1960 Məlum olduğu kimi, bina ilkin olaraq fərdi tikili olmuşdur, yəni əvvəllər ona bitişik tikili olmamışdır. Şimaldan o, Carrer de la Escola Mayor adlanan ərazi ilə, şərqdən Carrer Marlet, cənubdan isə XIX əsrdə ensiz binanın tikildiyi Carrer de les Dones küçələri ilə həmsərhəd olmuşdur. Binanın qərb hissəsində atrium (binanın daxilinə daha çox damdan düşən Günəş şüası ilə işıqlanan geniş, açıq yer) olmuşdur, hazırda burada kiçik ticarət obyekti yerləşir. Binanın şimal tərəfindəki fasadında Müqəddəs Dominikin təsviri vardır. Yəhudi məhəlləsində yaşayanları vaxtaşırı olaraq xristianlaşdırarkən binaların üzərində müqəddəslərin təsvirlərini çəkmişlər.Joan Albert Adell i Gisbert "Report on the existing structures in the subsoil of the Barcelona n.5 Marlet street building". February 2002.

1995-ci ildə binanın sahibi onu satışa çıxararkən (alan adam burada bar açmaq istəyirmiş) tarixçi Migel Yaffa onu almışdır. Barselona Assosiasiyası (Associació Call de Barcelona) Yaffanın rəhbərliyi altında sinaqoqun bərpası və təmirini öz üzərinə götürmüşdür.http://www.jweekly.com/article/full/28998/after-centuries-hidden-in-rubble-catalan-s-jewish-history-revived/ After centuries hidden in rubble, Catalan's Jewish history revived. April 14, 2006. J. The Jewish News of Northern Californiahttp://www.calldebarcelona.org/ingles/equien.html About Us. January 24, 2016. Associació Call de Barcelona.

Binanın sosial-ictimai tarixi Barselonadakı yəhudi icmasının zəifləməsi XIII əsrin sonlarında, xüsusilə bir neçə dəfə baş vermiş münaqişələr nəticəsində başlamışdır. 1348-ci ildə Barselonanın yəhudi məhəlləsi ilk hücumlara məruz qalmışdır. Yəhudiləri suyu zəhərləməkdə və şəhəri viran qoymaqda olan “Qara Ölüm” epidemiyasını yaymaqda ittiham etmişlər. Həmin vaxtı bir neçə yəhudi qətlə yetirilmişdir. 1367-ci ildə əl-Cameənin ravvinləri Nissim Gerondi (Nissim Gerond), Hasday Kreskas (Hasdai Crescas) və İshaq ben Seset (Ishaq ben Seset) Jirona şəhərindəki ev sahiblərini təhqir etməkdə günahlandırılaraq sorğu-sual olunmaq üçün əsas sinaqoqa aparılmışlar. XIV əsrin sonunda Barselona şəhəri iqtisadi tənəzzül, sosial iğtişaşlar və bələdiyyə böhranları səbəbindən ən kiçik qığılcımdan belə dini azlıqlara qarşı zorakılıq atəşi ilə alovlana biləcək çətin vəziyyətdə olmuşdur.Caminos de Sefarad. Red de Juderías en España maps print/barcelona-es.html 1391-ci il avqustun 5-də isə bina yəhudi talanlarına məruz qalmış və fuksiyasını itirmişdir.The former Major Sinagogue of Barcelona. Current Shlomo ben Adret 2006. P.1-2 XXI əsrdə “Sinagoga Major de Barselona” 2002-ci ildən ictimaiyyətə açıl elan edilmişdir və 2005-ci ildə buranı 20.000 adam ziyarət etmişdir. 2003-cü ildə iki kanadalı 600 ildən sonra burada nikah bağlayan ilk cütlük olmuşdur. 2006-cı ildə nyu-yorklu bir hüquqşünas isə sinaqoqa 500 illik Tövrat vərəqini bağışlamışdır.http://www.calldebarcelona.org/ingles/eservicios2.html Montreal couple have first wedding in six centuries in Barcelona shul January 24, 2016 Arnold Janice. September 4, 2003. Canadian Jewish News

2009-cu ilin yanvarında Respublika İctimai Hərəkatı ilə bağlı sağçı ekstremist Əsas Sinaqoqa hücum etmişdir. O, dəfələrlə binanın fasadına beysbol dəyənəyi ilə zərbələr endirmişdir. Sinaqoq işçisi ona yaxınlaşaraq dəyənəyi əlindən almış və dələduzu elə şiddətlə döymüşdür ki, adamın beyni əzilmiş, qolu sınaraq xəstəxanaya yerləşdirilməli olmuşdur. Sinaqoqa hücum edən şəxs polis tərəfindən saxlanılmışdır.http://www.aldia.cat/gent/noticia-successos-segon-atac-sinagoga-barcelona-menys-dun-mes-20090130202502.html Segon atac a una sinagoga de Barcelona en menys d'un mes. January 25, 2016. Agencia Europa Presshttps://2009-2017.state.gov/j/drl/rls/irf/2009/127338.htm International Religious Freedom Report 2009. January 25, 2016, October 26, 2009. Bureau of Democracy, Human Rights, and Labor, United States Department of State. Section III. Status of Societal Respect for Religious Freedom Qalereya

Ədəbiyyat Lazar Marilyn. Barcelona home to one of Europe's oldest shuls. December 29, 2015. Canadian Jewish News http://www.cjnews.com/living-jewish/travel/barcelona-home-to-one-of-europes-oldest-shuls Makaroff Sergio. La sinagoga mayor de Barcelona. September 30, 2003. El País. http://elpais.com/diario/2003/09/30/catalunya/1064884040_850215.html İstinadlar

Kateqoriya:Barselona muzeyləri