Oxyepoecus — Myrmicinae yarımfəsiləsinə aid olan Neotropik ərazidə yaşayan qarışqa cinsi. Bu cins Solenopsidini qəbiləsinin üzvüdür və hal-hazırda 20 növü özündə birləşdirir. Yaşadığı ərazilər Cənubi Amerika materikində əsasən Argentina, Boliviya və Braziliyadır. Təsviri Oxyepoecus digər Solenopsidini növlərindən 11 buğumlu bığları, dörd dişli çənəryə və dişli ağıza malik olması ilə fərqlənir. Bundan əlavə gövdə qovşaqları yüksəkdir və tez-tez ön-arxa istiqamətdə sıxılmış olur.
Bu cinsin biologiyası haqqında məlumatlar azdır. Lakin üç növ (O. inquilinus, O. daguerrei və O. bruchi) Pheidole və ya Solenopsis növləri ilə oxşar olması ehtimal edilir. Baxmayaraq ki, bu əlaqənin dəqiq mənbəsi məlum deyil. Bu üç növ IUCN tərəfindən "Zəif D2" kimi təsnif edilib. Onlar "yaxın gələcəkdə vəhşi təbiətdə yox olma riski ilə üzləşən" növlər hesab olunur. Çünki onların populyasiyaları "yaşayış sahəsinin (adətən 100 km²-dən az) və ya yerləşdiyi ərazilərin sayının (adətən beşdən az) kəskin məhdudlaşması ilə xarakterizə olunur".
Oxyepoecus cinsi Neotropik bölgədə, Kolumbiyadan Çiliyə qədər olan ərazilərdə rast gəlinir. Lakin nisbətən Argentina, Boliviya və Braziliyada rast gəlinir. Növləri Oxyepoecus bidentatus Delsinne & Mackay, 2011 Oxyepoecus browni Albuquerque & Brandão, 2004 Oxyepoecus bruchi Santschi, 1926 Oxyepoecus crassinodus Kempf, 1974 Oxyepoecus daguerrei (Santschi, 1933) Oxyepoecus ephippiatus Albuquerque & Brandão, 2004 Oxyepoecus inquilinus (Kusnezov, 1952) Oxyepoecus kempfi Albuquerque & Brandão, 2004 Oxyepoecus longicephalus Albuquerque & Brandão, 2004 Oxyepoecus mandibularis (Emery, 1913) Oxyepoecus myops Albuquerque & Brandão, 2009 Oxyepoecus plaumanni Kempf, 1974 Oxyepoecus punctifrons (Borgmeier, 1927) Oxyepoecus quadratus Albuquerque & Brandão, 2004 Oxyepoecus rastratus (Mayr, 1887) Oxyepoecus reticulatus Kempf, 197 Oxyepoecus rosai Albuquerque & Brandão, 2009 Oxyepoecus striatus Mackay & Delsinne, 2011 Oxyepoecus vezenyii (Forel, 1907) Oxyepoecus vivax Kempf, 1974 Qalereya
İstinadlar
Ədəbiyyat Albuquerque N. L.; Brandão, C. R. F. 2004. A revision of the Neotropical Solenopsidini ant genus Oxyepoecus Santschi, 1926 (Hymenoptera: Formicidae: Myrmicinae). 1. The vezenyii species-group. — Papeis Avulsos de Zoologia (Sao Paulo) 44(4): 55-80. Albuquerque N. L. d. and C. R. F. Brandão. 2009. A revision of the Neotropical Solenopsidini ant genus Oxyepoecus Santschi, 1926 (Hymenoptera: Formicidae: Myrmicinae): 2. Final. Key for species and revision of the Rastratus species-group. — Papéis Avulsos de Zoologia (São Paulo). 49:289-309. Kempf W. W. 1974. A review of the Neotropical ant genus Oxyepoecus Santschi (Hymenoptera: Formicidae). — Stud. Entomol. 17: 471—512.
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar